Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda karantini pozan kafelər aşkarlandı, 26 nəfər cərimələndi

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində “Azad” və “Çinar”adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı “Azad” kafesinin icarədarı Şərafət Hacıev və “Çinar” kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …