Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Koronavirus vaksini Azərbaycana mərhələli şəkildə gətiriləcək

Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin Azərbaycana mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, adıçəkilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …