Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb. Bu barədə AQTA-dan məlumat verilib. Qeyd edilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, …
Read More »İrandan Azərbaycana gətirilən 12 tondan çox pestisiddə uyğunsuzluq aşkarlanıb
İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “Emulsifiable Oil Aria 80% L” əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib. Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.
Read More »Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanda əks olunub. Qeyd edək ki, fərmanla İTSDA-nın əhalinin icbari tibbi …
Read More »SON DƏQİQƏ! Azərbaycanda quş qripi yayılıb? AÇIQLANDI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanvarın 12-16-da Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirdiyi epizootoloji monitorinqin nəticəsində quş qripi və Nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr …
Read More »Epşteyn sənədləri və Bill Qeyts: Pandemiya belə planlanıb – ŞOK
Cinsi təcavüzdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə diqqətçəkən bir məktub üzə çıxıb. Sənədlərdə pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki həllərin hazırlanmasının müzakirə olunduğu yazışmalar yer alır. Maraqlıdır ki, bu məktub 2017-ci ildə – COVID-19 pandemiyasının başlamasından təxminən üç il əvvəl yazılıb. Yazışmalar amerikalı milyarder Bill Qeytsə ünvanlanıb və sonradan Epşteynə göndərilib. Məktubun müəllifi Qeytsə müraciət …
Read More »Dünyada dəhşətli virus yayılır – Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, virus Azərbaycan üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: “Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Nipah virusu Paramyxoviridae ailəsinə …
Read More »7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycana il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib: “İdxal prosesində aparılan yoxlamalar zamanı 787 …
Read More »Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək
Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb. Proqrama əsasən, Naftalan neftinin və ondan hazırlanan …
Read More »Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub
Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, axşam saatlarında İsrafil Məmmədovun beyin ölümü keçirməsi ilə bağlı məlumat dərhal Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin komandasına ötürülüb. Donor böyrəyi şəxsə Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah …
Read More »Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub. Məlumatı TƏBİB təsdiqləyib. Qeyd edilib ki, F.Babayev öz ərizəsi ilə işdən azad edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar