Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində (“Medinex 2025”) çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, mərkəz Yeni Klinikanın tərkibində yaradılıb və 3600 kvadratmetr sahəni əhatə edir: “Burada gün ərzində 500-ə yaxın pasiyentin qəbulu nəzərdə tutulub”.
Read More »Bu gündən heyvan bazarları bağlanır
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb. Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. …
Read More »Biologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? – RƏSMİ CAVAB
Bakıda yerləşən “Məlhəm” hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olduğu iddia edilir. Doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova düzgün doğuşu yerinə yetirilmədiyini və doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə ananı ittiham eddiyi iddia edilir. Həmçinin, zərərçəkənin yaxını sosial şəbəkələrdə bildirib ki, həkim Azərbaycan Tibb Universitetini deyil, BDU-nun biologiya fakültəsini bitirib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza …
Read More »Xətaidə vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edilib
Bakı şəhəri, Xətai rayonunda yerləşən “Kolorit” restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib. Bu barədə Boyukmillet.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı …
Read More »KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarılıb
Kliniki Tibbi Mərkəzdə (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb. KTM-dən verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cisim udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə …
Read More »Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub
Azərbaycana dörd ölkənin bəzi ərazilərindən müvafiq malların idxalına məhdudiyyət tətbiq olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiyanın Bjelovar-Biloqora bölgəsi, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi …
Read More »AQTA: Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoyub
Azərbaycan 15 xəstəlik üzrə dünyanın 85 ölkəsindən ölkəyə qida məhsullarının idxalına məhdudiyyət qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib. Onun sözlərinə görə, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub: …
Read More »AQTA: Astaradakı kütləvi zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub
Astara rayonunda məişət şəraitində baş verən zəhərlənmənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalar aparılıb. Bu barədə “Report”a AQTA-dan məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə …
Read More »Azərbaycanda 544 nəfər ölümündən sonra donor olmaq üçün qeydiyyatdadır – RƏSMİ
2025-ci ilin ilk 8 ayında ölkədə 203 orqan köçürməsi icra olunub. Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb: “Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz …
Read More »Alimlər diabet riskini əhəmiyyətli dərəcədə azaldan üsul açıqlayıblar
Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, müntəzəm fiziki aktivlik və peşəkar dəstəklə birləşdirilməsi II tip şəkərli diabetin inkişaf ehtimalını 31% azaldır. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Science Daily” elmi jurnalında dərc olunan araşdırmada qeyd olunur. Harvard Universitetinin professoru Frank Hu bildirib ki, hazırda dünya qlobal şəkərli diabet epidemiyası ilə üz-üzədir. “Yüksək səviyyəli sübutlara əsaslanan bu araşdırmamız göstərir ki, pəhriz və həyat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar