Ağdamda valideynləri tərəfindən işgəncəyə məruz qalan körpə Bakıya gətirilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, avqustun 27-si saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət …
Read More »Şanxayda həkimlər başı bədənindən demək olar ki, qopmuş xəstənin həyatını xilas ediblər
Şanxayda həkimlər istehsalat zədəsi səbəbindən başı bədənindən demək olar ki, qopmuş adamın həyatını xilas ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Qeyd olunub ki, şəhər sakini robot qolu ilə boyun nahiyəsindən aldığı zərbə nəticəsində xəsarət alıb. Həkimlər ona boyun fəqərələrinin “baş və bədənin ayrılmasına” bənzər ciddi yerdəyişməsi, sinir və qan strukturlarının qopması, həmçinin onurğa …
Read More »İspaniya, Xorvatiya, Bolqarıstan və digər ölkələrdən Azərbaycana dəvələrin idxalına məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik regionunda, Xorvatiyanın Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstanın Yambol vilayətində Nyukasl xəstəliyi, İspaniyanın Kastiliya–La Mança muxtar icmasında, Botsvananın Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması …
Read More »Tarif Şurasından dərmanların qiyməti ilə bağlı- Qərar
Tarif (qiymət) Şurası yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib. Boyukmillet.com Tarif Şurasına istinadən xəbər verir ki, bu barədə qurumun 30 iyun 2025-ci il tarixində keçirilən iclasında müvafiq qərar qəbul edilib. Qərarla 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb. Etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 …
Read More »Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar
ABŞ-nin “UCLA Health” (Los-Ancelesdəki Kaliforniya Universiteti ilə əlaqəli Dövlət Səhiyyə Sistemi – red.) alimləri ilk dəfə olaraq insanda alzheymer xəstəliyini inkişaf etdirə biləcəyi 4 xarakterik ssenarini müəyyən ediblər. Boyukmillet.com-un xəbərinə görə, araşdırmanın nəticələri “eBioMedicine” jurnalında dərc olunub. Fərdi risk faktorlarını nəzərdən keçirmək əvəzinə, tədqiqat 24 mindən çox xəstəlik tarixçəsini təhlil edib və nəticədə xəstəlikdən əvvəl təkrarlanan diaqnostik zəncirlər aşkarlanıb. Mütəxəssislər …
Read More »TƏBİB poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilməməsinə aydınlıq gətirib
TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib. “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. “Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”,- məlumatda qeyd olunub. Qeyd edək ki, sosial mediada yayılan …
Read More »İlham Əliyev TDT ölkələri onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Müraciətdə deyilir: “Hörmətli Konqres iştirakçıları! Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş …
Read More »Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir
Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkə onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Türkmənistandan, həmçinin …
Read More »Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AEM-dən məlumat verilib. Mərkəzdən bildirilib ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir: “Mediada və sosial …
Read More »Ötən ay KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib, 4-ü ölüb
May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib. KTM-dən verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sancmasından zəhərlənən şəxslərdir. Həmçinin onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yabanı bitkilərdən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar