Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar

ABŞ-nin “UCLA Health” (Los-Ancelesdəki Kaliforniya Universiteti ilə əlaqəli Dövlət Səhiyyə Sistemi – red.) alimləri ilk dəfə olaraq insanda alzheymer xəstəliyini inkişaf etdirə biləcəyi 4 xarakterik ssenarini müəyyən ediblər.

Boyukmillet.com-un xəbərinə görə, araşdırmanın nəticələri “eBioMedicine” jurnalında dərc olunub.

Fərdi risk faktorlarını nəzərdən keçirmək əvəzinə, tədqiqat 24 mindən çox xəstəlik tarixçəsini təhlil edib və nəticədə xəstəlikdən əvvəl təkrarlanan diaqnostik zəncirlər aşkarlanıb.

Mütəxəssislər xəstəliyin dörd əsas “yolu”nu müəyyən ediblər: psixi pozğunluqlar, beyin fəaliyyətinin pozulması, idrakın tədricən azalması və damar xəstəlikləri. Məlum olub ki, məsələn, hipertoniyadan sonra yaranan depressiya gələcək demensiyanın güclü göstəricisi ola bilər.

Müəlliflər vurğulayıblar ki, alzheymer xəstəliyinin mərhələlərini başa düşmək diaqnoz və müalicəyə yanaşmaları kökündən dəyişə bilər.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …