Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kolumbiya mətbuatı 20 yanvar faciəsi barədə yazıb

Kolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun müəllifi olduğu, 20 yanvar faciəsinə həsr olunmuş “Qara yanvar” başlıqlı yazı dərc olunub.

Yazıda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və ölkəsinin müstəqilliyini tələb edən paytaxt Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixali Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif Human Rights Watch təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanılılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …