Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“33 ildir yerimə adam axtarırlar, Allah eləsin arzuları çin çıxsın…”

Xəbər verdiyimiz kimi gənc yazarlar Mirmehdi Ağaoğlu və Cəlil Cavanşir Moderator.az-ın əməkdaşı ilə AYB-dəki yeniliklərdən danışıblar. Onlar AYB-nin sədri Anar Rzayevin və birinci katib Fikrət Qocanın istefasının məqsədəuyğun olduğunu bildiriblər.

Boyukmillet.com xəbər verir ki, Moderator.az-ın əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla əlaqə saxlayıb və o, haqqında səsləndirilən ittihamlara cavab verib:

“Allah eləsin arzuları çin çıxsın. Özüm sədrlikdən getmək istəmirəm, amma onların vəzifəyə gəlməsini istəyirəm və görüm necə rəhbərlik edəcəklər. Xahiş edirəm onlar öz adlarından danışsınlar, mən istefamla bağlı məsələləri özüm bilərəm. Onu da deyim ki, 33 ildir yerimə adam axtarırlar, amma tapmayıblar. Allah eləsin ki, tapsınlar”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …