Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Münxen Təhlükəzilik Konfransı qürur hisslərimizin başlanğıc nöqtəsidir”

“Cənab Prezident İlham Əliyev 17 illik fəaliyyəti dövründə düşünülmüş, uzaqgörən, praqmatik xarici siyasət yürütməklə Azərbaycanı dünyanın etibarlı tərəfdaşı kimi tanıdaraq, Azərbaycan xalqının da milli maraqlarını qətiyyətlə müdafiə edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq, eyni zamanda, terroru, faşist ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlandı”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev konfrans çərçivəsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut etmişdi:

“Bu geniş auditoriyalar “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyası, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası və heç şübhəsiz ki, Ermənistanın baş nazirinin ifşa olunmasının kulminasiya nöqtəsi hesab edilən, bütün dünya birliyi tərəfindən də böyük əks-səda doğuran Münxen Təhlükəsizlik Konfransı idi. Konfrans çərçivəsində ölkə başçımız düşmən tərəfin əsassız arqumentlərini tutarlı faktlarla alt-üst edərək, tarixi ədalətə və beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut etmişdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) kimi nəhəng siyasət institunun yetirməsi olmaqla kifayətlənməyib, eyni zamanda, buranı bitirib elmi dərəcəyə yiyələndikdən sonra da nəhəng elm ocağında müəllim kimi çalışaraq savadlı tələbə ordusu yetişdirən ölkə başçımız siyasətin sadəcə empirik hissəsinə deyil, nəzəriyyəsinə də bütün incəliklərinə qədər hakim olduğunu konfrans çərçivəsində sübut etmişdi. Bu dərin biliyə, siyasi savada və ən əsası təmkinə sahib olan ölkə başçımız sözün əsl mənasında, Paşinyanın biləyini bükmüş, kürəyini isə asanlıqla yerə vurmuşdu”. 

Ş.Həsənova deyib ki, bənzər auditoriyalarda və debatlarda ölkə başçımızın nitqinə nəinki bütün dünya azərbaycanlıları, eyni zamanda bütün dünya azarkeşlik edirdi:

“Elə cənab Prezidentin öz nitqinə istinad edib, idman dili ilə ifadə etsək, Azərbaycanın ali liqada, Ermənistanın isə üçüncü liqada qərarlaşdığı bu “oyunda” da sübut olmuşdu. Əlbəttə, bu kimi debatlarda və geniş auditoriyalarda bizim birinci silahımız tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyimizdirsə, ikincisi, bu tarixi faktları və haqlı mövqeyimizi geniş auditoriyalara savad və təmkinlə, xarici dillərdə rəvan nitqə malik olmaqla sərbəst şəkildə çatdıran, diplomatik və siyasi cəhətdən püxtələşmiş dövlət başçısına sahib olmağımızdır. Bənzər auditoriyalarda və debatlarda ölkə başçımızın nitqinə nəinki bütün dünya azərbaycanlıları, eyni zamanda bütün dünya azarkeşlik edirdisə, rəqib tərəf olan Paşinyanın isə siyasətdən və diplomatiyadan nə qədər uzaq olduğu hər dəfə üzə çıxır, o, dünya ictimaiyyətinin gözü önündə rəzil və rüsvay duruma düşürdü. 
Münxen Təhlükəzilik Konfransı qürur hisslərimizin başlanğıc nöqtəsidirsə, Azərbaycan xalqının keşməkeşli günlərinə şahidlik edən Azadlıq meydanında ən müasir hərbi texnikamızın nümayiş edilməsi və qeyrətli Azərbaycan oğullarımızın bütün dünyanı lərzəyə salan məğrur və dik yürüyüşü ilə müşayiət olunan Zəfər paradı isə “Qarabağ Azərbaycandır” şüarının nidasıdır!”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …