Cümə , 22 Noyabr 2024
Drone Cameras

Almaniya qaçqın statusu istəyən Azərbaycan vətəndaşlarının 95 %-nə mənfi cavab verib

2020-ci ildə qaçqın statusu üçün Almaniya Federativ Respublikasına müraciət edən 1 301 Azərbaycan vətəndaşının işinə baxılıb.

Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Federal idarənin cavabında deyilir ki, keçən il 748 Azərbaycan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.

Yəni, müraciət edən 1 301 nəfərdən cəmi 5,2 faizinin müraciətinə müsbət, 94,8 faizinin müraciətinə mənfi cavab verilib.

Müraciət edənlərdən yalnız 68 nəfərinə qaçqın statusu və müvafiq qoruma statusları verilib. 16 nəfər isə deportasiyaya qarşı qorunma qanunundan yararlanıb. Digər şəxslərə ölkəni könüllü tərk etmələri üçün vaxt verilib. Pandemiyaya baxmayaraq idarə məhkəmələrinin qərarları icraata götürülüb.

BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15 % azalma deməkdir.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …