Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb

Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir.

Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib.

Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı nəticəsində YPG/PKK terrorçularından təmizlənib. Hazırda terrorçular qonşu Tell-Rifata nəzarət edirlər.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …