Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İrəvanda aksiya – itkinlərin valideynləri Paşinyanla görüş tələb edir

Qarabağ döyüşlərində itkin düşmüş valideynlər növbəti dəfə Ermənistan hökumətinin binası qarşısına toplaşıb.

Boyukmillet.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, valideynlər şəxsən baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Hökumət nümayəndələri aksiya iştirakçılarının qarşısına çıxaraq, onlarla görüşüblər. Ancaq hələlik Paşinyanın etirazçıları qəbul edib-etməyəcəyi bəlli deyil. Valideynlər arasında aksiyanın mətbuatda işıqlandırılması ilə bağlı mübahisə də yaranıb. Onların bəziləri buna qarşı olublar. Yekunda etiraz aksiyasının işıqlandırılmasına zərurət görülməyib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …