Cümə axşamı , 2 May 2024
Drone Cameras

Türkiyədə karantin rejimi qismən sərtləşdirilir

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi qismən sərtləşdirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.

Onun sözlərinə görə, qapanma Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.

Nazirlər Kabinetinin iclasında həmçinin həftəsonu qadağaları qüvvədə saxlanılıb, həftəiçi küçəyə çıxma qadağasının isə yerli vaxtla saat 19:00-dan 05:00-dək olması məqbul hesab edilib. Eyni zamanda şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb və s.

Check Also

Avropa Komissiyasının rəsmisi: Aİ Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına sərmayə qoyur

Avropa İttifaqı Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin inkişafına sərmayə yatırır. Boyukmillet.com xəbər verir ki, bunu …