Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq – YENİLƏNİB

İraqın cənubunda yerləşən Di-kap əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.

Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib.

İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib.02:00

İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata əsasən, “İmam Hüseyn” adına xəstəxanada xəstələri oksigenlə təchiz edən balon partlayıb. Partlayışdan sonra yanğın başlayıb.

Qeyd olunub ki, yanğın zamanı 40 nəfər ölüb, 70 pasiyent xilas edilib. Hazırda onlarla xəstə köməksiz vəziyyətdə qalıb.

Check Also

Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb

Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, – …