Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır

Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Boyukmillet.com-un xəbərinə görə, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.

Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

Qeyd edək ki, Azərbaycanda yanvar ayının 18-dən vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …