Ermənistanın arxasında dayanan qüvvələr Azərbaycanı təxribata çəkmək və münaqişənin hələ bitmədiyini göstərmək istəyirlər
Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədində törədilən təxribatların ardı-arası kəsilmir. Bu, bir daha təsdiqləyir ki, Ermənistan sülh istəmir. Əslində, Ermənistan müharibədə maraqlı olmamalıdır. Ermənistan ordusu 44 gün davam edən müharibədə darmadağın edildi. Erməni tərəfi belə vəziyyətdə təxrbat törədirsə, deməli onları buna sövq edənlər var. Birmənalı şəkildə bilinməlidir ki, bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Görəsən, Ermənistan tərəfi düşünmür ki, atəşkəsi pozmağa davam etməklə Azərbaycana başqa çıxış yolu qoymasa, vəziyyət necə ola bilər? Həqiqətənmi, aylar öncə atəşkəs üçün yalvaran rəsmi İrəvan bu qədər balıq hafizəlidir?
Bu və digər suallara cavab tapmaq üçün ekspertlərin məsələyə münasibətini öyrəndik:
Bu təxribatlar Ermənistan üçün yaxşı heç nə vəd etmir
Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ordusu məhv edilən Ermənistanın atəşkəsi pozması, yeni hücum cəhdləri açığı desək onlar üçün yaxşı heç nə vəd etməyəcək: “Hər kəsə məlumdur ki, sülhməramlıların icazəsi olmasaydı, onlar imkan verməsəydilər Azərbaycan-Ermənistan sərhədində, xüsusilə rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən atəşkəsin pozulması halları olmazdı. Ermənistan tərəfi Azərbaycan Ordusuna qarşı heç zaman bu riski edə bilməzdi.”
Azərbaycanı təxribata çəkmək istəyirlər
Politoloq vurğuladı ki, Ermənistanın arxasında olan qüvvələr Azərbaycanı təxribata çəkmək və münaqişənin hələ başa çatmadığını göstərmək istəyirlər: “Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, münaqişə artıq başa çatıb. Azərbaycan daha Qarabağın statusu ilə bağlı məsələləri Minsk qrupunun iştirakı ilə Ermənistanla müzakirə etməyəcək. Minsk qrupunun həmsədr ölkələrindən Rusiya isə Qarabağın statusu məsələsinin müzakirə edilməsinin tərəfdarı olsa da, Qarabağın dağlıq hissəsinin uzun müddət özünün nəzarətində qalmasını istəyir. O ki, qaldı Fransa və ABŞ-a… Fransanın mövqeyi aydındır. Ümumiləşdirmə apardıqda görürük ki, təəssüflər olsun ki, hər üç ölkə erməni məsələsinin müdafiəçilərinə çevirilməkdədirlər.”
Müsahibimiz əlavə etdi ki, avqustun 30-u Beynəlxalq İtkinlər Günüdür. Birinci Qarabağ savaşı vaxtı ermənilər tərəfindən girov götürülən, itkin düşən şəxsləri taleyi hələ dəd bəlli deyilə Erməni tərəfi onlarla bağlı informasiya vermir. Onların arasında qadınlar, qocalar, uşaqlar da var. Ermənistan bu məsələdə susmağa üstünlük verir. Ermənistan bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməkdən imtina edir. Dünya isə susmaqda davam edir.”
Heç kimin şübhəsi olmasın ki…
Z.Məmmədov xatırlatdı ki, dövlətimiz və ordumuz artıq ötən ilin payızında sübut etdi ki, əgər, beynəlxalq hüquqa əməl olunmasa, beynəlxalq hüququn icrası ilə bağlı Ermənistana təsir edilməsə, bu, o demək deyil ki, Azərbaycan kimlərinsə qərar verməsini gözləyəcək. Dövlətimiz və Ordumuz zamanı gələndə lazim olan addımı atır və atacaq. Ermənistan son aylarda atəşkəsi pozmaqla heç nə əldə etməyib. Azərbaycan Ordusu isə əsas strateji yüksəkliklərə nəzatər edir. Heç kimin şübhəsi olmasın ki, tarixi ədaləti bərpa etməyə davam edəcəyik.
Ona görə canfəşanlıq edirlər ki, sülh müqaviləsi imzalanmasın
“Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistan heç zaman beynəlxalq hüquqa əməl etmədiyi kimi, indi də etmir: “Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın bəndlərinə də riayət etməməsi bunun əyani sübutudur. İlkin səbəb odur ki, Fransa atəşkəsin olmasını istəmir. ATƏT-in həmsədrləri o cümlədən ABŞ istəyirlər ki, həmsədr kimi regionda aparıcı oyunçulardan olsunlar. Qarabağ münaqişəsi artıq bitib. ATƏT-in həmsədr dövlətləri prosesdən kənarda qalıb. Artıq Rusiya və Türkiyə monitorinq qrupunda vasitəçilik edirlər. ABŞ isə Gürcüstan vasitəsilə Cənubi Qafqazda təsirini saxlaya bilir. Fransa isə bütünlükdə Cənubi Qafqazda gedən proseslərdən kənarda qalıbr. Belə olduqda Fransa proseslərə təsir etməyə çalışır. Həm Fransa, həm Amerika səfirlərinin tez-tez Ermənistan tərəfdən cəbhə bölgəsinə getməsi də bunu deməyə əsas verir. Xüsusən də, bu dövlətlər ona görə canfəşanlıq edirlər ki, Rusiyanın vasitəçiliyi ilə yaranmış bu vəziyyətə kölgə salsınlar və sülh müqaviləsi imzalanmasın. O cümlədən Rusiyada da bəzi dairələr müharibənin bitməsini istəmirlər. Qeyd edim ki, Ermənistan müstəqil dövlət deyil. Ermənistanın iqtisadiyyatı və idarəetməsi həm Qərbdən, həm də Rusiyadan asılıdır. Paşinyanın yenidən hakimiyyətə gəlməsi Qərbin dəstəyi ilə baş verdi. Ermənistan müstəqil dövlət olmadığına görə özləri qərar qəbul etmirlər”.
Onların bölgədə mövcudluğu sual altına düşə bilər
Hərbi ekspert bildirdi ki, təxribatların davam etməsinin digər səbəbi erməni xəstəliyinin sağalmamasıdır. Bu xəstəlikdən sağalmayana qədər bu proses təəssüflər olsun ki, davam edəcək: “44 günlük müharibə də göstərdi ki, Azərbaycanın səbri sonsuza qədər deyil. Görünür ki, Ermənistan dərs almayıb. Əgər, sərhədlər müəyyənləşməzsə, biz məcburuq ki, 1920-ci ilin sərhədlərini müəyyənləşdirək. Göyçə, Zəngəzur, İrəvan Azərbaycan torpağıdır. Ermənistan tərəfi atəşkəsə əməl etməsə, sülh müqaviləsi imzalamasa, Azərbaycanın ərazi bütövlüyünü tanımasa, dəymiş ziyanın təzminatını ödəməsə, Xocalı soyqırımı da daxil olmaqla terror törətmiş erməni cinayətkarlarını təhvil verməsə, Azərbaycan məcburdur ki, müvafiq addımlar atsın. Ermənilər 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu bölgəyə köçürülüblər və hələ də uyğunlaşmaq istəmirlər. Əgər onlar bu cür davam edəcəklərsə, vəziyyət başqa istiqamətə gedəcək. Onların bölgədə mövcudluğu sual altına düşə bilər”.
Yaqut Ağaşahqızı, “İki sahil”