Bazar , 1 Dekabr 2024
Drone Cameras

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…


Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi formalaşmaq, ixtisas sahibi olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar.

Rezidentura müddəti ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər dəyişir.
Həkim mütəxəssislərin hazırlanması müxtəlif klinik bazalarda həyata keçirilir.

Bəzən rezidentlər daha yaxşı bilik və bacarıqlara yiyələnmək üçün əcnəbi ölkələrə üz tuturlar. Bəziləri isə bu təhsili Azərbaycanda alır, amma bir neçə ay əcnəbi ölkədə də təcrübə keçmək şansı qazanırlar.

Bu, rezidentin rotasiyası adlanır.
“Rotasiya universitetin müqavilə bağladığı klinikalarla mümkündür və 2 həftədən 6 aya qədər davam edə bilir.(ümumi rezidentura oxuduğu müddətdə,yəni 5-il ərzində maksimum 6 ay ola bilər)

Kimlər rotasiya keçə bilərlər?
“I kurslar rotasiya üçün müraciət edə bilməzlər. Çünki onlar hələ kliniki vərdişlərə tam yiyələnməyiblər. Gedib digər tibb müəssəsində işləmək üçün öncə tibbi biliklərə malik olmalıdırlar. Rezidenturanı bitirməyə 5-6 ay qalmış da müraciət etmək olmaz”.

Ölkə daxilində rotasiya mümkündür?

“Xeyr, rezidentin ölkə daxilində bir kliniki bazadan digərinə köçürülməsi mümkün deyil. Çünki burada əsas məqsəd daha yaxşı və müasir klinikalarda tibbi bacarıqlara yiyələnməkdir. Bunun üçün də Türkiyə və Almaniya daha məsləhətlidir.

Amma Naxçıvanda Səhiyyə Naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov rezidentlərdən gəlir mənbəyi kimi istifadə edir.Samiq Sadıxovla Vüsal Məmmədov cinayət əlaqəsinə girərək,qanunla qadağan olunmağına baxmayaraq Naxçıvanda təhsil alan rezidentləri böyük məbləğli hədiyyələrin və yüksək məbləğli rüşvətin müqabilində adlarının Naxçıvan xəstəxanalarında təhsil alan kimi getməsinə şərait yaradaraq faktiki Bakı şəhərində yaşayıb öz şəxsi işləri ilə məşğul olmalarına şərait yaradırlar.Bu da gələcəkdə savadsız və həm də səriştəsiz həkim kütləsinin çoxalmasına,insanların sağlamlığının təhlükə altına atılmasına səbəb olur.
Biz siyahıda ümumi 26 nəfər rezidentin adını qeyd etsək də, bu siyahıya Naxçıvanda guya təhsil alan 200 nəfərdən çox rezidentin ən azı 90%-nə də əlavə etmək olar.Naxçıvanda qalaraq faktiki təhsil alan rezidentlərin sayını dəqiqləşdirsələr,20 nəfər ola ya olmaya.
Rezidentlərə təhkim olunduqları xəstəxanalardan burda olmadıqları halda burda olan kimi tabel yazılır,davamiyyət jurnallarında onların imzaları saxtalaşdırılaraq onların əvəzinə imza atılır,ay sonunda da burda olmuşdur kimi aylıq tabel yazılaraq onlara əmək haqqı ödənilir.Yəqin ki,Naxçıvanın səhiyyə mühitində yerli büdcənin talanmasına yönəlmiş bu əməllərdən hər iki tərəf qarşılıqlı şəkildə faydalanır.
Əvvəllər bəzi hallarda Naxçıvan şəhər poliklinikasında və digər şəhər tibb müəssələrində onların adlarına uzun müddətli əmək qabiliyyətini itirmək barədə bülletenlər açılıraq təhsildən yayındırılsalar da hal-hazırda əksəriyyət rezidentə icazə şifahi qaydada verilir.(qanunda qeyd edilir ki,əgər rezident uzun müddət,yəni,əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə Rezidentura təhsilinə xitam verilməlidir)
Yuxarıda qeyd etdiyimiz kimi 1-ci kurslara ümumiyyətlə rotasiya qadağan olunsa da,Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov canbir dostu,həm də şəxsi kassiri olan TMİB-in icraçı direktoru Vüsal Məmmədovla əlbir olaraq Azərbaycanın heç bir yerində təsadüf olunmayan,konkret korrupsiya cinayəti yaradan halları belə heçnədən çəkinib-qorxmadan,Azərbaycan qanunlarından kənar kefləri istədikləri kimi mümkün ediblər.Ağılasığmaz dərəcədə acınacaqlıdır ki,dünyada elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə,Naxçıvanda ixtisasa yiyələndiyi şöbəni ümumiyyətlə tanımayan rezidentlər var.Savadsız yetişmələri bir yana qalsın həmin rezidentlər Naxçıvandan rezident əmək haqqısı alaraq,faktiki dövlət büdcəsinin bir qrup vəzifəli şəxslərlə əlbir olaraq rezident əmək haqqısı alırlar ki,bu da onsuz da datasiya ilə formalaşan Naxçıvan MR-nın büdcəsinin talanmasında iştirakçı olurlar.Beləliklə,Səhiyyə naziri Samiq Sadıxov kimi TMİB-in icraçı direktoru Vüsal Məmmədov kimi korrupsioner məmurlar dövlətin büdcəsi hesabına var-dövlət toplayıb çoxsaylı mənzillər,bahalı dövlət qeydiyyat nişanı olan bahalı maşınlar əldə edirlər.Bu korrupsiya faktının sübutu mənimsənilən pullar kimi çox sadədir-Naxçıvan Muxtar Respublikasına sərhəd buraxılış məntəqələrindən giriş-çıxış yoxlanılır,korrupsiya cinayəti tam formada ortaya çıxır.

Korrupsiya cinayətində əlbir olan,adları Naxçıvanda gedib,özləri faktiki olaraq Bakı şəhərində yaşayan rezidentlərin bəzilərinin siyahısı yazıya əlavə olunur:

1.Seyidova Günay İlqar qızı
Naxçıvan Perinatal Mərkəz-Ginekologiya 2-ci kurs (adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində Bakı Sağlamlıq Mərkəzindədir)

2.Həsənli Nəzrin Mürvət qızı Naxçıvan Perinatal Mərkəz-Neonatologiya 2-ci kurs (adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən və ya hər-hansı özəl klinikadan təhsil alır)

3.Rəhimova Nəzrin
Naxçıvan Perinatal Mərkəz-Ginekologiya (adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində özəl xəstəxanadadır,ümumiyyətlə Naxçıvana imtahandan imtahana gəlir)

4.Piriyeva Aydan Aydın qızı
Naxçıvan Perinatal Mərkəz-Ginekologiya (adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərindədir)

5.Məmmədli Gülgün Zaur qızı
Naxçıvan Perinatal Mərkəz-Ginekologiya(adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən və ya hər-hansı özəl klinikadan təhsil alır)

6.Qarayeva Gülər Zaur qızı Naxçıvan Perinatal Mərkəz-Neonatologiya
(adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

7.Kazımlı Mələk Mirqiyas qızı
Naxçıvan Respublika Xəstəxanası-Fizioterapiya 2-ci kurs
(adı Naxçıvanda gedib burdan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

8.Quluzadə Aytac Vaqif qızı
Naxçıvan Mərkəzi Uşaq Xəstəxanası-pediatriya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

9.Nəsibli Nəzrin Əmirxan qızı
Naxçıvan Mərkəzi Uşaq Xəstəxanası-Pediatriya 3-cü kurs
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

10.Qənbərova Zəhra Yaqub qızı
Naxçıvan Sağlamlıq Mərkəzi(Naxçıvan Diaqnostika Mərkəzi)-Nefrologiya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

11.Hüseynli Yunusova Lalə qızı
Naxçıvan Respublika Xəstəxanası-Kardiologiya 2-ci kurs
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

12.Əkbərli Murad Tofiq oğlu
Naxçıvan Sağlamlıq Mərkəzi (Naxçıvan Diaqnostika Mərkəzi)-Qastroenterologiya 3-cü kurs
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

13.Saruxanova Leyla Elşad qızı
Naxçıvan Respublika Xəstəxanası 3-cü kurs Reanimasiya və intensiv terapiya şöbəsi
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

14.Nuruzadə Pərviz Çingiz qızı
Naxçıvan Sağlamlıq Mərkəzi(Naxçıvan Sağlamlıq Mərkəzi,köhnə Diaqnostika Mərkəzi)3-cü kurs Reanimasiya və intensiv terapiya şöbəsi
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

**15.Nəzərli İsmayıl **
Nefrologiya 3-cü kurs
Naxçıvan Respublika Xəstəxanası 2-ci kurs otorinolarinqoloq
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

17.Haqverdiyev Aqşin Yaşasın oğlu
Naxçıvan Sağlamlıq Mərkəzi,köhnə Naxçıvan Diaqnostika Mərkəzi 2-ci kurs Ümumi cərrahiyyə şöbəsi
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

18.Mahmudova Zülfiyyə
Naxçıvan Mərkəzi Uşaq Xəstəxanası 2-ci kurs pediatriya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

19.Abdullayeva Məmmədova Gülnur
Naxçıvan Respublika Xəstəxanası 1-ci kurs Oftalmologiya şöbəsi
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

20.Həsənova Fidan
Naxçıvan Onkologiya Mərkəzi 3-cü kurs
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

21.Rəhimova Aytac
Naxçıvan şəhər Poliklinikası 2ci kurs Ortopedik stomatologiya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

**22.Məmmədova Kövsər **
Naxçıvan Mərkəzi Uşaq Xəstəxanası-Otorinolarinqologiya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən və ya hər-hansı özəl klinikadan təhsil alır)

**23.Quluzadə Babakişi **
Naxçıvan Respublika Xəstəxanası-3-cü kurs fizioterapiya ve tibbi reabilitasiya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

24.Səlimova Nərgiz
Naxçıvan Sağlamlıq Mərkəzi,köhnə Naxçıvan Diaqnostika Mərkəzi 3-cü kurs radiologiya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

25.Hənifəyeva Aynur
Naxçıvan Perinatal Mərkəz 3-cü kurs ginekologiya
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

26.Siyahını tələb etsələr aşkara çıxardarlar.
Naxçıvan Psixiatriya Xəstəxanası – psixiatriya ixtisası
(adı Naxçıvanda gedib Naxçıvandan əmək haqqı almağına baxmayaraq,hal-hazırda Bakı şəhərində evdən təhsil alır)

Sima Babayeva

Check Also

Səhv analiz yoxlaması ilə hamilə qadının QİÇS-ə yoluxdurulduğu bildirilir

İddiaya görə, şöbə müdiri analizi tam yoxlamamış sertifikat verib Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində …