Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …