Ukraynanın Dnepr şəhərində diaspor fəalları ilə görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, Dnepropetrovsk Azərbaycanlıları konqresinin ofisində baş tutan görüşdə konqresin idarə heyətinin üzvləri, fəal diaspor nümayəndələri iştirak edib.
Görüşü giriş sözü ilə açan Konqresin sədri Nəcəf Əhmədov Dnepropetrovsk vilayətində görülən işlər haqqında geniş məlumat verib.
Daha sonra İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri (İSBAM) Samir Adıgözəlli diaspor fəalları qarşısında çıxış edərək 44 günlük Vətən Müharibəsindən və bu dövrdə xaricdə yaşayan soydaşlarımız nümayiş etdirdiyi, əzimkarliqdan danışıb.
S.Adıgözəlli, eyni zamanda, dünyada mövcud proseslərdən və Azərbaycan diasporunun qarşısında duran vəzifələr haqqında fikirlərini bölüşüb.
Görüşdə iştirak edən fəallar da diaspor üzvlərini maraqlandıran məsələlər haqqında çıxışlar ediblər.
Konqresdə keçirilən görüşdə İSBAM İcraçı direktoru Şahin Həsənov da iştirak edib.