Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bir qrup gürcü jurnalist Gəncəyə səfər edib

Gürcüstandan olan bir qrup jurnalist Gəncə şəhərində səfərdədir.

Boyukmillet.com xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər.

Dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar baş verən əraziyə güllər düzüblər. Burada yaşanan acı hadisələrlə yerində tanış olublar.

Qeyd edək ki, gürcü jurnalistlər bundan əvvəl Ağdam və Şuşada olublar.

Check Also

Yeni Şuranın vəzifələri bunlar olacaq – SİYAHI

Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin …