Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib. Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. “Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci …
Read More »Yeni Şuranın vəzifələri bunlar olacaq – SİYAHI
Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, Şuranın vəzifələri aşağıdakılarıdır: – media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək; – dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət …
Read More »Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
Azərbaycanda media sahəsində vahid qurum – Media və Yayım Şurası yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik …
Read More »Prezidentin adından saxta açıqlama yayılıb – MEDİA
“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatında bildirilib. Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır. “Son zamanlar oxşar məzmunlu …
Read More »Azərbaycan Nəşriyyatının binası fevralın 1-dən istismarını dayandırır – RƏSMİ
“Azərbaycan Nəşriyyatı” MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb. MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib. Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Bildirilib ki, …
Read More »Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, “Media haqqında” qanuna dəyişikliklə sənədin informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair norma əlavə edilib. Eyni zamanda dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında …
Read More »“Amnesty International” Mətbuat günü ərəfəsində Azərbaycana tələblər irəli sürüb
“Amnesty International” insan haqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda 22 iyul – Milli Mətbuat günü ilə əlaqədar “Azərbaycan: Redaksiyadan məhbəsə. Müstəqil Jurnalistlərin Təqibi” adlı hesabat dərc edib. Hesabatda bildirilir ki, son illərdə Azərbaycanda onlarla jurnalist saxta ittihamlarla həbs edilib, ədalətsiz məhkəmə prosesləri, işgəncələr barədə məlumatlar artmaqdadır və bu da beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olub: “Son bir il ərzində hökumətin sərt repressiv …
Read More »“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır. Boyukmillet.com xəbər verir ki, bu fikir Türkiyənin “Haber Global” telekanalının efirində Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi və zorakılıqları ilə bağlı müzakirələrdə yer alıb. “Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı …
Read More »Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olunub
Audiovizual Şura tikilməkdə olan “Xankəndi” radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələsini müzakirə edib. Şuradan verilən məlumata görə, hazırda Qarabağda televiziya və radio yayımı “Şuşa”, “Şahyeri”, “Turşsu”, “Həsənriz kənd” və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır. “Xankəndi” RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək. …
Read More »Azərbaycanın bir sıra xəbər saytlarına haker hücumu olub
Saytların özünü “hüseynçilər” adlandıran qrupun haker hücumuna məruz qaldığı bildirilir Azərbaycanda bir sıra xəbər saytlarının kütləvi haker hücumuna məruz qaldığı bildirilir. Hazırda həmin saytların fəaliyyətində problemlər yaranıb, giriş məhdudlaşıb. Hücuma məruz qalan KİV-lər “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Media.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” internet televiziyası, eləcə də “Azpolitika.info” saytıdır. “Global Media Group” …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar