Cümə , 19 Aprel 2024

Media

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə ölkəmizdə mövcud mina problemindən bəhs edən “Minalar, hələ də can alan bəla” (Minas terrestres: un flagelo que aún cobra vidas) başlıqlı geniş məqalə dərc olunub. Bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib. Azərbaycan və onun reallıqları barədə …

Read More »

Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist Rəhman Orxan vəfat edib. “Report”un Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər. Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.

Read More »

MEDİA-nın Müşahidə Şurasının tərkibi təsdiqlənib – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Müşahidə Şurasının sədri İsmayılov Dağbəyi Mirzəxan oğlu Müşahidə Şurasının üzvləri: Əliyev Vüqar Zifər oğlu Mehrəliyeva Şəfəq Akif qızı Mikayılova Sevil Əlirazı qızı Şıxlinskiy Elçin İsmayıl oğlu.

Read More »

Baku.ws portalının 20 yaşı tamam olur

Bu gün Baku.ws xəbər portalının 20 yaşı tamam olur. Boyukmillet.com xəbər verir ki, Azərbaycan və rus dillərində fəaliyyət göstərən sayt siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə oxucularına çatdırır. Xəbər portalı mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. Baku.ws saytı 2013-cü ildə “Netyy” – Ümumdünya Şəbəkəsinin milli …

Read More »

Dövlət Xidmətinin rəisi: “Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib”

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycanın müstəqillik əldə etməsindən sonra yerli medianın demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf etdiyini deyib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Media savadlılığı” konfransında çıxışı zamanı danışıb. İ.Musayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyəti illərində mətbuatın fəaliyyətini daim diqqətdə saxlayıb. Məsələnin bu gün də prioritet olduğunu bildiriən …

Read More »

Əhməd İsmayılov: “Vətən müharibəsibdə qazandığımız qələbə medianın fəaliyyətinə də təsir edib”

Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsibdə qazandığı qələbə medianın fəaliyyətinə də təsir edib. Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən “Media savadlılığı” konfransında çıxışı zamanı deyib. O bildirib ki, müşahidə və informasiya bolluğu müəyyən çətinliklərə də səbəb olur: “Bu isə öz növbəsində media savadlılığının əhəmiyyətini artırır”. Ə.İsmayılov qeyd edib ki, media savadlılığı ilə bağlı Azərbaycanda …

Read More »

Mətbuat Şurası: “Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniya yolverilməzdir”

Azərbaycan Mətbuat Şurası Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı aparılan kampaniyanı pisləyən bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda qeyd edilib ki, Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniyanın aparılması yolverilməzdir. “Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, …

Read More »

MEDİA özünə kollegial nəzarətdən niyə yayınır?…

Azərbaycan mediasına nəzarəti, maliyyələşməni Medianın İnkişafı Agentliyi (MEDİA) adlı qurum həyata keçirir. Amma çox maraqlıdır ki, qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirməli olan Müşahidə Şurası neçə ildir ki, formalaşa bilmir. Cəmiyyətin gözü qarşısında olan bir qurum niyə kollegial idarəetmənin tətbiqindən yayınır? Nəzərə almaq lazımdır ki, Müşahidə Şurasının təşkili “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin …

Read More »

“Mirşahin heç vaxt bizim şərikimiz olmayıb” – Vahid Mustafayev

“Rəsmi olaraq ANS telekanalını 1991-ci il martın 9-da yaratdım. Bizim nizamnaməni o vaxt Nazirlər Sovetinin sədri olan Həsən Həsənov imzaladı”.Boyukmillet.com xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev BBC Azərbaycanca-ya müsahibəsində bildirib. O, qardaşı Çingiz Mustafayevlə bağlı xatirələrini bölüşüb və ANS-in bağlanmasından danışıb.V.Mustafayev deyib ki, Çingizə dəfələrlə təklif edib ki, ANS-də onunla birgə çalışsın.“Amma Çingiz bizim təklifimizdən imtina …

Read More »

“Haber Global”ın 5 yaşı tamam olur

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün 5 yaşını qeyd edir. Boyukmillet.com xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır. Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, …

Read More »