Çərşənbə , 1 May 2024

Media

Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur

Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.Xalqxeber.Az günün 24 saatı işləyir. Boyukmillet.com xəbər verir ki, ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ …

Read More »

“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Boyukmillet.com xəbər verir ki, Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Əvvəldə qeyd etdiyimiz Hacıməlik …

Read More »

“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb. Açılış nitqi ilə çıxış edən MEDİA Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu təlim redaksiya siyasətinin rəqəmsal strategiyasının qurulması, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin bacarıqlarının inkişafında müstəsna …

Read More »

Azərbaycan XİN: “Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib. “Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib.  Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib:  “Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub.  Alı Mustafayev, Fəxrəddin …

Read More »

Baş Prokurorluqda jurnalistlərə sertifikatlar təqdim edilib

Azərbaycanın Baş Prokurorluğunda oktyabr ayının 25-26-da “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilən treninq başa çatıb, jurnalistlərə sertifikatlar təqdim edilib. Boyukmillet.com xəbər verir ki, qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan …

Read More »

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib …

Read More »

“Tik-Tok” məhdudiyyəti və inkişaf edən Çin – Ermənistan amili…

Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən dövlətimiz sosial şəbəkələrlə bağlı bəzi zəruri addımlar atdı. Daha konkret ifadə etsək, müvafiq dövlət qurumunun təqdimatı əsasında Çinin nəzarətində olan “Tik-Tok” sosial şəbəkəsinə girişi ölkəmizdə məhdudlaşdırdı.Bunu çox doğru addım sayıram. Hətta düşünürəm ki, həssas məqamlarda anoloji addımlar digər sosial şəbəkələrlə bağlı da atılmalıdır. Çünki biz yayılması qadağan olunan məlumatların digər sosial şəbəkələrdə paylaşdığının …

Read More »

Hərbi jurnalist 3-cü binadan ev gözləyir

Qarabağ müharibəsi veteranı, İctimai TV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov öz facebook hesabında bu barədə status paylaşıb. Boyukmillet.com olaraq həmin paylaşımı təqdim edirik:14 ildir Bakıda ev növbəsini gözlədiyini bildirən Şöhrət Eyvazov yazır: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilən 3-ci binadan hər iki Qarabağ müharibəsinin iştirakçısı olaraq mənə də ev veriləcəyinə ümidim üzülməyib.Əlbətdə, Prezident hədiyyəsini istəməzlər, amma, mən niyə bu …

Read More »

Azərbaycanımızı sərhədlərdən kənarda tanıdacaq ,”Görüş Zamanı” televiziya lahiyyəsinə start veriləcək

Doğma Azərbaycanımızda dost, qardaş Kuzey Kıprızın ADA televiziya kanalı üçün yeni proqram hazırlanır. Boyukmillet.com xəbər verir ki,”Görüş Zamanı” adlanan verilişin hazırlanmasında məqsəd Azərbaycanımızı sərhədlərdən uzaqlarda tanıtmaqdır. Bunun üçün verilişimizin hər sayında Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini, ədəbiyyatını, məşhur insanlarını – alimləri, sənətkarları, çempion idmançıları, millət vəkillərini, həkimləri, vətənpərvər insanları – şəhidləri, qaziləri, milli qəhrəmanları, bir sözlə nümunə ola biləcək hər bir …

Read More »

Azərbaycanda media subyektlərinə və jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək

Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək. Şəhadətnamə …

Read More »