Çərşənbə , 24 Aprel 2024

Media

Beynəlxalq Media Forumunda birinci panel keçirilib

İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci panel keçirilib. Boyukmillet.com xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olub. Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, …

Read More »

AĞIR DURUMDA OLAN JURNALİSTLƏRƏ KÖMƏK EDƏK!

Dostlar, ikinci dəfədir müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayevin (Həsənoğlu) və İlqar Atabəyin ailə üzvləri şəxsən mənə müraciət edərək onların həbsdən azad olunmasına kömək etməyimi xahiş edirlər. Təbii ki, Azərbaycan Prezidentindən əfv olunmalarını xahiş edən jurnalistlərin vəziyyəti hüquqi baxımdan bəllidir. Onların vəkillərinin verdiyi məlumata görə hər ikisindən şikayətçilər barışığa gedərək şikayətlərini geri götürüblər. İnsanlıq və humanizim naminə onu deyə bilərəm ki, …

Read More »

“Əl-Cəzirə” Media İnstitutunun əməkdaşı: “Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”

“Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”. Boyukmillet.com xəbər verir ki, bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib. “Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur”, – o qeyd edib. …

Read More »

İlham Əliyev: “Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur”

“Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə ünvanladığı məktubda yer alıb. “XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü …

Read More »

Şuşada Beynəlxalq Media Forum başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Beynəlxalq Media Forum başlayıb. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir. Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda ekspertlər iştirak edirlər. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Dövlət Televiziya …

Read More »

Həbsdəki jurnalistlərin humanist məhkəmə qərarına ehtiyacları var

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəyli bir ildir ki, həbsdədirlər. Onların həbsi, ittiham olunduqları cinayət əməlində nə dərəcədə təqsirlərinin olub-olmadığı ilə bağlı nəsə danışmaq istəmirəm. Çünki bu detallarla ətraflı tanış deyiləm. İstinatqın gəldiyi nəticəni isə heç vaxt birtərəfli olaraq möhtəbər dəlil kimi qəbul edə bilmərəm. Çünki istənilən cinayət əməlinə ən son qiyməti məhkəmə verir. Bildiyim odur ki, hazırda eyni ittiham …

Read More »

Azərbaycan jurnalistlərinə müraciət edilib: “İntiharlara son dərəcə ciddi yanaşmaq lazımdır”

Azərbaycan Mətbuat Şurasında “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda keçirilən toplantının iştirakçıları jurnalistlərə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “İntihar hallarının mediada işıqlandırılması ilə bağlı son vaxtlar nəzərə çarpan tendensiyalar narahatlıq doğurmaqdadir. Bu narahatlığı ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var. Bəzi kütləvi informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki, ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün …

Read More »

“Konflikt Jurnalistikası Məktəbi”nin poliqon təlimi yekunlaşıb

“Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin ikinci mərhələsi çərçivəsində hərbi hissələrdə və poliqonlarda keçirilən təlimlər başa çatıb. Boyukmillet.com Reporta istinadən xəbər verir ki, “Dinc Dünya” Araşdırma Mərkəzi”nin təsis etdiyi “Konflikt jurnalistikası məktəbi”nin rəhbəri Əlisafa Mehdi təlimə qoşulan jurnalistlərin ekstremal şəraitdə təcrübə keçdiyini qeyd edib: “Təlim proqramını uğurla başa vurmaq üçün jurnalistdən fiziki və psixoloji möhkəmlik tələb edilir. Ekstremal dönəmdə düzgün qərar qəbul …

Read More »

QHT.az saytının 7 yaşı tamam olur

QHT.az saytının 7 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb. “QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.QHT.az saytı heç bir qurumun möveyini ifadə etmir və tam müstəqil internet portalıdır. Sayt həmçinin heç bir dövlət …

Read More »

Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq edib

Audiovizual Şura “Space” ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib. Bildirilib ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya …

Read More »