Cümə , 19 İyun 2026
Drone Cameras

Azərbaycan XİN: “Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib. 

Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib: 

“Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub. 

Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Osman Mirzəyev – 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında helikopterin vurulması nəticəsində şəhidlik zirvəsinə ucalıblar. 

Çingiz Mustafayev – 22 may 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş aparan zaman Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində şəhid olub.

Zibeydə Adilzadə – 28 noyabr 2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Seyidəhmədli kəndi ərazisində erməni silahlı qüvvələrinin basdırdığı minaya düşərək həlak olub. 

Sirac Abışov və Məhərrəm İbrahimov – 4 iyun 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun işğaldan azad edilmiş Susuzluq kəndi ərazisində yerləşdirdiyi minanın partlaması nəticəsində şəhid olublar”, – XİN-dən bildirilib. 

Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.

Check Also

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …