Cümə , 26 Aprel 2024

Media

Cahangir Həsənli: “Jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün ali təhsilli olmaları vacibdir”

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır. Bunu “Report”a müsahibəsində Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib. C.Həsənli bildirib ki, ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir: “Bu yanaşma beynəlxalq təcrübədən irəli gəlir. Belə …

Read More »

Azərbaycanda Media Reyestrinə daxil ediləcək jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq

Azərbaycanda Media Reyestrinə daxil ediləcək media subyektlərinin və jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyil. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə Reyestrdəki …

Read More »

Azərbaycanda media subyektlərinə və jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək

Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək. Şəhadətnamə …

Read More »

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycanın Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə …

Read More »

Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub. Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident! Sizi Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları adından salamlamaqdan məmnunluq duyuruq. Azərbaycan jurnalistikası xalqımızın çoxəsrlik adət-ənənələrinin yaşadılmasında, müstəqillik ideyasının təşəkkülündə fəal rol oynamış, tarixi missiya yerinə yetirmişdir. Əsası dahi mütəfəkkir Həsən bəy …

Read More »

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında …

Read More »

Azərbaycanın 10 dövlət qurumuna çap mediası təsis etmək icazəsi verilib – SİYAHI

Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Siyahıda aşağıdakı dövlət orqanları yer alıb: 1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi 2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 7. …

Read More »

Jurnalistlərin VIII qurultayında 70-dək təşkilat iştirakını təsdiqləyib

İndiyədək jurnalistlərin VIII qurultayında 70-dək təşkilat iştirakını təsdiqləyib. Bu barədə “Report”a Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir. Bildirilib ki, indiyədək 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin adlarını da təqdim …

Read More »

Azərbaycan nümayəndələri Həştərxanda tələbələr qarşısında çıxış ediblər

Azərbaycandan olan nümayəndələr Rusiyanın Həştərxan şəhərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin qarşısında çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə “Xəzəryanı ölkələrin media məkanında kreativ sənayelər” adlandırılan müzakirə panelində Azərbaycanın Rus İcması sədrinin müavini, politoloq Anastasiya Lavrina çıxış edib. O öz çıxışında qeyd edib ki, Bakı sürətlə inkişaf edir və öz görməli yerləri, bənzərsiz gözəllikləri ilə …

Read More »

Əhməd İsmayılov: “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub”

“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub”. Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” adlı Xəzər Media Forumu zamanı bildirib. “Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. …

Read More »