Cümə , 26 Aprel 2024

Media

Azərbaycanda gələn il televiziya, radio və nəşriyyat sahəsinə ayrılacaq vəsait açıqlanıb

Gələn ildə televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb. Boyukmillet.com -un xəbərinə görə, bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. Qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır. Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə …

Read More »

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib …

Read More »

Sosial mediada təhqir və böhtan hüquqi məsuliyyət yaradır

Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Qanuna əsasən, təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları həbs cəzası gözləyir. Bununla yanaşı, internet saytlarına bir sıra yeni qaydalar tətbiq olunub.Dezinformasiya xarakterli məlumatların cəmiyyətdə panikaya, çaşqınlığa səbəb olduğu özünü daim göstərir. Yaş kateqoriyasından asılı olmayaraq hər kəsin sosial mediaya çıxışının olması isə problemlərin əhatə …

Read More »

Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubiley tədbiri keçirilib – FOTOLAR

Oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdən öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev jurnalistlərə açıqlamasında bunları söyləyib: “Bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri qatılıblar. Otuz il az bir dövr deyil. Təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir …

Read More »

“Tik-Tok” məhdudiyyəti və inkişaf edən Çin – Ermənistan amili…

Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən dövlətimiz sosial şəbəkələrlə bağlı bəzi zəruri addımlar atdı. Daha konkret ifadə etsək, müvafiq dövlət qurumunun təqdimatı əsasında Çinin nəzarətində olan “Tik-Tok” sosial şəbəkəsinə girişi ölkəmizdə məhdudlaşdırdı.Bunu çox doğru addım sayıram. Hətta düşünürəm ki, həssas məqamlarda anoloji addımlar digər sosial şəbəkələrlə bağlı da atılmalıdır. Çünki biz yayılması qadağan olunan məlumatların digər sosial şəbəkələrdə paylaşdığının …

Read More »

“ATV” və “MTV” kanallarına xəbərdarlıq edilib

Azərbaycan Respublikası Audiovizual Şurası “ATV” və “MTV” kanallarına xəbərdarlıq edib. Bu barədə  Şuradan məlumat verilib. Belə ki, bu gün Şuranın onlayn formatda iclası keçirilib. İclasda “ATV” və “MTV” kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub. İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının “ATV” redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə “Media haqqında” …

Read More »

Hərbi jurnalist 3-cü binadan ev gözləyir

Qarabağ müharibəsi veteranı, İctimai TV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov öz facebook hesabında bu barədə status paylaşıb. Boyukmillet.com olaraq həmin paylaşımı təqdim edirik:14 ildir Bakıda ev növbəsini gözlədiyini bildirən Şöhrət Eyvazov yazır: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilən 3-ci binadan hər iki Qarabağ müharibəsinin iştirakçısı olaraq mənə də ev veriləcəyinə ümidim üzülməyib.Əlbətdə, Prezident hədiyyəsini istəməzlər, amma, mən niyə bu …

Read More »

MEDİA-nın təşkilatçılığı ilə universitetlərdə seminarların keçirilməsinə başlanılıb

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərinin artırılması və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, seminarların keçirilməsində əsas məqsəd xarici mütəxəssisləri cəlb etməklə Azərbaycan universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan …

Read More »

Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirib

“Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar”. Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir. R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq: Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Mətbuat Şurasının …

Read More »

Azərbaycanımızı sərhədlərdən kənarda tanıdacaq ,”Görüş Zamanı” televiziya lahiyyəsinə start veriləcək

Doğma Azərbaycanımızda dost, qardaş Kuzey Kıprızın ADA televiziya kanalı üçün yeni proqram hazırlanır. Boyukmillet.com xəbər verir ki,”Görüş Zamanı” adlanan verilişin hazırlanmasında məqsəd Azərbaycanımızı sərhədlərdən uzaqlarda tanıtmaqdır. Bunun üçün verilişimizin hər sayında Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini, ədəbiyyatını, məşhur insanlarını – alimləri, sənətkarları, çempion idmançıları, millət vəkillərini, həkimləri, vətənpərvər insanları – şəhidləri, qaziləri, milli qəhrəmanları, bir sözlə nümunə ola biləcək hər bir …

Read More »