Şənbə , 4 May 2024

Media

Azərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıb

Azərbaycanda 11 radio kanalında monitorinq aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Radioların dili monitorinq aynasında” adlı tədbirdə deyib. O bildirib ki, monitorinq zamanı təhlil edilən 4500 dil faktından 3484-ü hesabata daxil edilib: “Monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvi müəyyənləşdirilib. Radio aparıcılarının nitqində vurğunun …

Read More »

DMX “Rossiya Seqodnya”nın iki əməkdaşının müvəqqəti yaşama icazəsini uzatmayıb

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının əməkdaşları, Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonova Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılıb və miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir. …

Read More »

“Sputnik Azərbaycan”ın şef-redaktorunun iş icazəsinin uzadılmasına imtina verildi: Ölkəni tərk edir

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib. Boyukmillet.com Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Read More »

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib. Belə ki, Şura ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə qərar verib. Qərara əsasən, aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb: …

Read More »

Medianın İnkişafı Agentliyi çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqənin əsas şərtləri: – Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır; – redaksiyanın yaradıcı heyəti ən …

Read More »

Əməkdar jurnalist Nəsir Əhmədli vəfat edib

Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Boyukmillet.com xəbər verir ki, N.Əhmədli 80 yaşında dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq. Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci …

Read More »

Perunun tanınmış qəzeti Bakıdakı Səfirliyin bərpasına çağırış edib

Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında bu ölkədən olan tanınmış jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançesin müəllifi olduğu “Perunun Azərbaycandakı Səfirliyinin bərpasının vacibliyi vurğulanıb” başlıqlı məqalə dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, məqalədə, Peru Konqresinin sədri, Konqresin Xarici Əlaqələr Komissiyasının sədri, Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri, diplomatik korpusun çoxsaylı rəhbər və əməkdaşları, yerli KİV …

Read More »

Məhərrəm İbrahimovun məzarı ziyarət olunub

Jurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərhumun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub. Mərasimdə M.İbrahimovun iş yoldaşları, media nümayəndələri, ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid jurnalistin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb. Şəhidin qardaşı, jurnalist Əsgər İbrahimov, bacısı Sevda İbrahimova Məhərrəmin ömür yolundan danışıb, xatirəsinin daim əziz tutduqlarına, ailəsinə …

Read More »

Nazirlik Azərbaycanda “RİA Novosti” agentliyinin bloklanmasının səbəbini açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan ərazisində “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən qeyd edilib ki, ölkədə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir. Həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti …

Read More »

“RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb

Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb. Bu barədə Boyukmillet.com “Caliber.az”a istinadən xəbər verir. Qeyd edək ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib. Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə …

Read More »