Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanımızı sərhədlərdən kənarda tanıdacaq ,”Görüş Zamanı” televiziya lahiyyəsinə start veriləcək

Doğma Azərbaycanımızda dost, qardaş Kuzey Kıprızın ADA televiziya kanalı üçün yeni proqram hazırlanır.

Boyukmillet.com xəbər verir ki,”Görüş Zamanı” adlanan verilişin hazırlanmasında məqsəd Azərbaycanımızı sərhədlərdən uzaqlarda tanıtmaqdır.

Bunun üçün verilişimizin hər sayında Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini, ədəbiyyatını, məşhur insanlarını – alimləri, sənətkarları, çempion idmançıları, millət vəkillərini, həkimləri, vətənpərvər insanları – şəhidləri, qaziləri, milli qəhrəmanları, bir sözlə nümunə ola biləcək hər bir gözəl sənət, peşə sahibini izləyicilərə təqdim edəcəyik.

Biz istəyirik ki, ,,Görüş Zamanı” verilişində həmin insanları təqdim edək, onların vasitəsi ilə ölkəmizi – vətənimizi bütün dünyada tanınsınlar. ,,Görüş Zamanı” verilişinin ideya rəhbəri, televizya aləmində öz yenilikçi yaradıcılığı ilə yaxşı tanınan, hörmət, uğur qazanan Namiq Zeynalzadədir. Namiq Zeynalzadə bir çox televiziya proqramlarının layihələrinə imza atmış, bir neçə internet televizyalarında baş pradüsser vəzifəsini daşımış bir peşəkardır.

Böyük enerjiyə sahib olan Zeynalzadə qardaş Türkiyə ölkəsinin BRTV televiziyası ilə əməkdaşlıq etməklə öz əmək fəaliyyətini genişləndirdi. 2021 ci ilin Oktyabr ayından yaxın zamana qədər hər həftə ,,Öndə Olanlar ” adlı verilişi efirdə oldu. Veriliş Azərbagcanda çəkilib, BRTV kanalına yayımlanırdı Namiq Zeynalzadə bu uğuru ilə də kifayətlənmir, daha başqa daha uzaq sərhədlərdə Azərbaycanımızı tanıtmaq istəyir.

Bunun üçün xarici televiziyalarla tez-tez danışıqlar aparır… Bu danışıqlardan biri də Türkiyə Cümhuriyyəti Kuzey Kıprızın ADA Televiziyası olmuşdu. Onlardan xoş cavab gəldi. ADA Televiziyasının rəhbərliyi ,,Görüş Zamanı” verilişinin efirə getməsinə razılaşdılar. Onlar Namiq Zeynalzadənin təcrübəsinə, istedadına etibar etdilər, güvəndilər, vetilişin çəklişlərinə icazə verdilər.

Mən qeyd etmək istəyirəm ki, haqqında bəhs etdiyim Namiq Zehnalzadə həm də mükəmməl qiraətçidir. O cilalı səsi ilə bir çox şeirlərin, mətinlərin, xəbərlərin səslənməsinə əmək vermişdir, dinləyici hörməti, məhəbbəti qazanmışdır…

Zeynalzadə ətrafına topladığı – ,,Görüş Zamanı” proqramının yaradıcı heyyətindən, onlarla birgə çalışmağından məmnun olduğunu bildirir. Layihə rəhbəri – Namiq Zeynalzadə, redaktor – Validə Vəliyeva, rejissor – Rövşən Əhmədov, aparıcı – Nərmin Məmmədova, montajçı – Elçin Talıbov.

Çətin, eyni zamanda şərəfli işlə məşqul olan bu komandanın hazırladığı verilişin birinci nömrəsinin 3-4 çəkilişi başa çatıb, efirə hazırdır. ,,Görüş Zamanı ” vetilişinin ilk qonağı 44 Günlük Vətən Müharibəsinin döyüşçüsü, Dünya Türk Ocaqları Xəzər Bölgə Başqanı, Qazi Xəyal Qarayevdir. Əziz televiziya izləyiciləri Azərbaycan vaxtı ilə saat 19-00 da, Türkiyə vaxtı ilə saat 18- də ,,Görüş Zamanı” verilişimiz ADA televizyası vasitəsi ilə görüşünüzə gələcək. Vaxtınızı mənalı keçirmək istəyirsinizsə,bizi izləməyi unutmayın…

Validə Vəliyeva.

Check Also

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM …