Cümə axşamı , 16 May 2024

Media

Tanınmış aparıcı Əhməd Cavadın nəvəsinə: “Babanızı görmüsünüzmü?” — BİABIRÇILIQ (VİDEO)

ARB telekanalının bugünkü efirində, “Xəbər-ətər” proqramında biabırçı anlar yaşanıb. Boyukmillet.com bildirir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb. Verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətinə gətirib. Aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı müsahibi təəccübləndirib. Anar Axundzadə təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cavab verib. Aparıcı …

Read More »

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun barelyefinin və xatirə lövhəsinin açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, xatirə lövhəsi və baralyef şəhidin yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində ünvanda doğum günündə istifadəyə verilib. Mərasimdə M.İbrahimovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və iş yoldaşları iştirak ediblər. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov tədbirdə …

Read More »

Avrasiya.net saytının 10 yaşı tamam olur

Ölkənin informasiya məkanında özünəməxsus yeri olan avrasiya.net saytının 10 yaşı tamam olur. 10 il əvvəl “Bütün yollar Azərbaycanla birləşir” devizi altında yola çıxan avrasiya.net saytı ölkədə və dünyada, yerləşdiyimiz coğrafiyada baş verən hadisələrlə oxucularını məlumatlandırır. Ötən 10 il ərzində bir sıra uğurlara imza atan avrasiya.net saytı qısa müddətdə özünüə kifayət qədər oxucu auditoriyası da toplaya bilib. Qeyd edək ki, avrasiya.net …

Read More »

“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminar keçirilir

Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlara başlanılıb. MEDİA Agentliyi və “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub. Seminarın açılış mərasimində çıxış edən “ADA” Universitetinin İnkişaf …

Read More »

Şəhid jurnalistin övladı: “Atamın doğum günündə bizimlə birgə olmasını istəyirəm”

Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsində savaş yalnız döyüş meydanında getmirdi. Sözsüz ki, torpaqlarımızın azadlığı uğrunda aparılan haqq mübarizəsində əsas yük qəhrəman hərbçilərimizin çiyinlərinə düşmüşdü, amma bu, kifayət deyildi, onların gördüyü işi xalqa və dünyaya çatdırmaq, onlara mənəvi dəstək olmaq lazım idi. Savaş həm də informasiya cəbhəsində gedirdi və heç də asan deyildi. Ermənilər və onun havadarları 30 ildə …

Read More »

Audiovizual Şura televiziya yayımçılarına ciddi xəbərdarlıq edib

Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib. Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb: “Həmin proqramlarda belə situasiyalar …

Read More »

Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib

Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, rayondakı “Media Şəhidləri” parkında baş tutan anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, şəhidin ailə üzvləri, həmkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq parkda şəhid jurnalistlərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla …

Read More »

Ukraynada müharibədə azı 20 jurnalist həlak olub

“Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən bəri Ukraynada azı 20 jurnalist öldürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Milli Jurnalistlər İttifaqı açıqlayıb. İttifaq məlum olan bütün adları dərc edib və qeyd edib ki, bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölüm xəbəri təsdiqlənən jurnalistlərdir. Daha bir neçə jurnalist neçə gündür ki, əlaqə yoxdur, onların taleyi ilə bağlı hələlik dəqiq məlumat mövcud deyil.

Read More »

“Pervıy kanal”da efir zamanı müharibə əleyhinə insidentlə bağlı yoxlama başlayıb

Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Pervıy kanal”dan “RİA Novosti”yə bildirilib. “Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, – telekanalın mətbuat xidməti agentliyə bildirib. Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü …

Read More »

Gəncədə “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı konfrans keçirilir

Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə Şəhər Prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilir. “Report”un Qərb bürosunun məlumatına görə, konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri …

Read More »