Çərşənbə , 8 May 2024
Drone Cameras

“Azərbaycan möcüzələri” – BBC-dən ölkəmizin tarixi, mədəniyyəti barədə veriliş

Məşhur BBC telekanalı Azərbaycan tarixinə, mədəniyyətinə aid xüsusi veriliş hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, tarixçi Bettani Hyuzun müəllifliyi ilə avqustun 20-də efirə gedəcək “İpək yolu, Azərbaycanın möcüzələri” xüsusi proqramda ölkəmizin qədim tarixi, mədəniyyətinə dair maraqlı faktlar işıqlandırılacaq.

“Azərbaycanın səhraya bənzəyən Qobustan düzənliyində tarixçi Bettani Hyuz 40 000 illik qeyri-adi qayaüstü rəsmləri aşkar edir və bu, izdihamlı bir küçənin şahidi olur. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla görüşür.

Bettani Hyuz ipək ticarətindən əldə edilən sərvət hesabına tikilmiş əlamətdar şüşə sarayını araşdırır”, – veriliş barədə xüsusi anonsda vurğulanır.

Check Also

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM …