Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Hərbi jurnalist 3-cü binadan ev gözləyir

Qarabağ müharibəsi veteranı, İctimai TV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov öz facebook hesabında bu barədə status paylaşıb.

Boyukmillet.com olaraq həmin paylaşımı təqdim edirik:
14 ildir Bakıda ev növbəsini gözlədiyini bildirən Şöhrət Eyvazov yazır: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilən 3-ci binadan hər iki Qarabağ müharibəsinin iştirakçısı olaraq mənə də ev veriləcəyinə ümidim üzülməyib.
Əlbətdə, Prezident hədiyyəsini istəməzlər, amma, mən niyə bu binada ev almağı arzuladığımı 3 cümlə ilə ifadə etməyə çalışacam:

  1. 15 ili cəbhə bölgəsində olmaqla 20 ildir jurnalistikadayam.
  2. I Qarabağ müharibəsi veteranı və 20 il xidmət stajı ilə hərbi təqaüdçü kimi 14-cü ildir ki, Bakı şəhərində növbədə olsam da bu evin kim və nə vaxt tikiləcəyi məlum olmadığından yeganə ümidim bu evədir!
  3. etibarəliyevlərin çağırışlarına rəğmən Prezidentimizin öz sərəncamını ləğv etməyəcəyinə və ədalətin qalib gələcəyinə əminəm.
    Bu binada ev almağa haqqı çatdığını düşünən həmkarlarımından, o cümlədən veteran jurnalistlərdən də arzularını əsaslandırmağa çağırıram!
    Real və virtual dostlara dəstək üçün təşəkkür edirəm!! Dəstək olun ki, səsimiz eşidilsin..
    “XEYİRƏ VƏSİLƏ OLAN XEYİRİ EDİR”

Check Also

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM …