Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, “Media haqqında” qanuna dəyişikliklə sənədin informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair norma əlavə edilib.

Eyni zamanda dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Check Also

“Yandex”in məlumat mərkəzi fəaliyyətini dayandırdı

“Yandex” şirkətinin Rusiyanın Vladimir şəhərində yerləşən məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində fəaliyyətini …