Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Prezidentin adından saxta açıqlama yayılıb – MEDİA

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatında bildirilib.

Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.

“Son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına “Facebook” platformasında tez-tez rast gəlinir. Bununla əlaqədər olaraq “Facebook” platformasının sahibi “Meta” şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, – deyə MEDİA-nın məlumatında qeyd olunub.

Check Also

Yeni Şuranın vəzifələri bunlar olacaq – SİYAHI

Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin …