Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rüşvət ittihamı ilə hərbi komissarlığın şöbə rəisi həbs edildi

Armavir şəhərində hərbi komissarlığın bölmələrindən birinin rəhbəri rüşvət ittihamı ilə saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat verib.

Məlumata görə, cinayət işi təkcə həmin şəxs barəsində deyil, daha üç nəfərə qarşı da başlanıb. İstintaqın ilkin versiyasına əsasən, söhbət vətəndaşların hərbi təlim-məşqlərdən azad edilməsi müqabilində rüşvət alınmasından gedir.

Hazırda istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslərin mümkün əlaqələri və epizodların sayı araşdırılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …