Cümə , 29 Mart 2024

Media

“Space TV”nin və “Media FM”in yayımı qanunu pozduğuna görə müvəqqəti dayandırılacaq

Audiovizual Şuranın videoformatda iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış “Media FM” radio kanalının efirində “Reklam haqqında” Qanunun, “Space TV” televiziya kanalının efirində isə “Media haqqında” Qanunun tələblərinin pozulması faktları müzakirə olunub. Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan “Digital Media” MMC-nin “Media FM” radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü …

Read More »

“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib

“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib. Boyukmillet.com xəbər verir ki, ortaq yayım Bakı vaxtı ilə 21:30-da başlayıb və eyni vaxtda canlı yayımlanıb. Yayıma hər iki tərəfdən qatılan siyasi ekspertlər iki ölkə arasında mövcud olan münasibətlərin geniş spektri barədə söz açıblar. Qeyd edilib ki, Heydər Əliyevin “bir millət iki dövlət” kəlamı ilə sağlam təməllər üzərində …

Read More »

Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ – FOTO 

Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət ediblər.  Boyukmillet.com xəbər verir ki, bu barədə F. Şahbazlı özünün “Facebook” hesabında məlumat verib.  Məlumata görə, görüş zamanı Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib:   “Daşkənddəyik. Özbəkistanın ən böyük və tanınmış media …

Read More »

Deputat: “Bu gün televiziya kanallarında peşəkar xəbər verə bilən aparıcılar çox azdır”

“Bu gün ölkədə fəaliyyət göstərən televiziya kanallarında peşəkar xəbər verə bilən, yaxşı çatdıran, üslubu olan aparıcılar çox azdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı parlamentdə çıxışı zamanı deyib. Deputat bildirib ki, xəbərlərin effektinə fikir verilmir: “Xəbər …

Read More »

AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qalıblar

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən “Report”a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb. Xəbər verdiyimiz kimi, İran …

Read More »

GİPA jurnalistika üzrə magistr proqramına qəbul elan olunub

Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan olunub. Boyukmillet.com xəbər verir ki, dərslər ABŞ və Avropa universitetlərinin müəllimləri və qərb təhsilli gürcü professorlar tərəfindən keçiriləcək. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir. Beş nəfərədək azərbaycanlı namizədin 2023-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər …

Read More »

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmasıdır. Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri …

Read More »

Media məhsullarının təqdim edilməsi ƏDV-dən azad olunub

Azərbaycanda media subyektlərinin məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.

Read More »

İTV-nin Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib. İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub. Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş …

Read More »

Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı müzakirə olunub

“Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı” mövzusunda interaktiv mühazirə keçirilib. Boyukmillet.com xəbər verir ki, tanınmış azərbaycanlı jurnalist, Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un media direktoru Həmid Həmidov interaktiv mühazirədə mühazirəçi qonaq qismində iştirak edib. Onlayn görüşün moderatoru Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçaruk olub. Mühazirə zamanı Ukrayna və Azərbaycan jurnalistləri arasında əməkdaşlığın inkişafı, onların fəaliyyətinin Ukrayna və Azərbaycan …

Read More »