Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın son 9 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Azərbaycanın son 9 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.

Boyukmillet.com xəbər verirki , üçüncü – sonuncu yarış günündə 90 kq, 100 kq və 100-dən yuxarı çəki dərəcəsində kişi idmançılar, 78 kq və 78-dən yuxarı çəkidə isə qadınlar qüvvəsini sınayacaq.

Azərbaycan millisi 78 kq və +78 kq-da təmsil olunmur. İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıblar.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov – Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Vüqar Talıbov – Nemanya Maydov (Serbiya)

1/8 final. Məmmədəli Mehdiyev – Tengiz Batsayxan (Monqolustan) / Con Jayne (ABŞ) cütünün qalibi

100 kq

1/8 final. Adil Kərimli – Yan Rayder (Kanada)

1/8 final. Kənan Abdullaxanlı – Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov – Tyaqo Palmini (Braziliya)

1/4 final. Uşangi Kokauri – Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi

Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqənın bağlanış mərasimi saat 17:00-da başlayacaq.

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …