Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat: “Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş verilməlidir”

“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”.

Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməlidir. Maliyyə naziri dedi ki, bu qanunun maliyyə mənbəyi yüksəkdir”, – o vurğulayıb.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …