Şənbə , 28 Mart 2026
Drone Cameras

Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçiriləcək

Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının növbəti iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşündə bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.

Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …