Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Türkmənistan Prezidenti: “Biz qardaş ölkələrik, qonşularıq”

“Mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkmənistanda Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib.

“Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Türkmənistanın sədrliyi dövründə İƏT-in nüfuzunu artıran Qətnamə qəbul edilib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …