Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Baş prokuror: “Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərir”

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb: “Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq”.

Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədlər üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır.

“Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”, – Baş prokuror Kamran Əliyev əlavə edib.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …