Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Prezidentin köməkçisi: “Azərbaycan Soçi görüşünün nəticələrini müsbət qiymətləndirir”

“Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, burada da əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır: “Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Qəbul olunmuş bəyanatda da əks olunmuş fikirlər, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət bir dinamika var. Ermənistan tərəfi də bu reallığı tam şəkildə dərk etməlidi. Çünki Azərbaycanla Ermənistan arasında yekun olaraq sülhün olması rəsmi İrəvanın özünün də bilavasitə maraqlarında ola biləcək bir məsələdir. Azərbaycan regionda, sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək”.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …