Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bakı-Moskva təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.

Boyukmillet.com bu barədə aviaşirkətin feysbuk səhifəsinə istinadən xəbər verir.

Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.

Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …