Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Nikol Paşinyan: “Brüsseldə dəmir yolunun bərpası barədə razılığı təsdiqlədik”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb.

“Müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistanın dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq. Biz həmçinin təmasları davam etdirmək haqqında razılığa gəldik”, – o vurğulayıb.

Qeyd edək ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Check Also

KİV: Bakı və İrəvan “böyük sülh”ün astanasında

Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə …