Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Sona Vəliyevanın “Mol­­la Nəs­­rəd­­din” və Azər­­bay­­can” məqaləsini təqdim edir:

 Azər­­bay­­can xal­­qı­­nın ço­­xəsr­­lik mad­­di və mə­­nə­­vi in­­ki­­şa­­fı ta­­ri­­xi bö­­yük ha­­di­­sə­­lər­lə zən­­gin­­dir. 
 XX əs­­rin əv­­və­­lin­də mil­­li oya­­nış, özü­­nü­­dərk pro­­ses­­lə­­ri­ Azər­­bay­­can xal­­qı üçün re­nes­sans mey­­da­­nı idi­­sə, Azər­­bay­­can ədə­­biy­­ya­­tın­­da, jur­­na­­lis­­ti­­ka­­sın­­da əs­­rin əv­­vəl­­lə­­rin­­də dün­­ya­­ya gə­­lən Cə­­lil Məm­­məd­­qu­­lu­­za­­də­­nin “Mol­­la Nəs­­rəd­­din” jur­­na­­lı azər­­bay­­can­­çı­­lıq ide­o­­lo­­gi­­ya­­sı­­nın qo­­run­­ma­­sı və in­­ki­­şa­­fın­­da mil­­lət, qey­­rət, Azər­­bay­­can di­­li və “Azər­­bay­­can” de­­di­­yi­­miz əsr-əsr pa­­ra­­la­­nan bu tor­­pa­­ğın mil­­li yad­­da­­şı­­nın heç vaxt kor­­lan­­ma­­yan, üs­­yan­­çı tri­­bu­­na­­sı idi. 
 Bu jur­­nal C.Məm­­məd­­qu­­lu­­za­­də­­nin rəh­­bər­­li­­yi al­­tın­­da əs­­rin əv­­vəl­­lə­­rin­­də Azər­­bay­­ca­­nın və­­tən­­daş-zi­­ya­­lı­­la­­rı­­nı, mü­­tə­­rəq­­qi fi­­kir­­li söz və ide­­ya məs­­lək­­daş­­la­­rı­­nı bir­­ləş­­di­­rir­­di. XX əs­­rin əv­­vəl­­lə­­rin­­də Azər­­bay­­can ədə­­biy­­ya­­tı­­na ye­­ni nəsr üs­­lu­­bu, ye­­ni dil (ha­­mı­­nın ba­­şa dü­­şə­­cə­­yi sa­­də bir dil) gə­­ti­­rən, ic­­ti­­mai-si­­ya­­si, ədə­­bi-mə­­də­­ni in­­ti­­ba­­hı da­ha uca zir­və­yə qal­dı­ran bö­­yük ədi­­bin “Mol­­la Nəs­­rəd­­din”i azad­­lıq, de­­mok­­ra­­ti­­ya, tə­­rəq­­qi uğ­­run­­da mü­­ba­­ri­­zə­si idi. M.Cə­­li­­lin bu jur­na­lı ilk sö­­zün­­dən xal­­qı­­nın, mil­­lə­­ti­­nin dər­­di­­ni də­­rin­­dən ba­­şa dü­­şən və ona cə­­ha­­lət­­dən tə­­rəq­­qi­­yə ge­­dən ağır yo­­lun sar­­ba­­nı­­na, dil bi­­lən, yol gös­­tə­­rən Mol­­la­­sı­­na çev­­ri­­lir. Xal­­qı­­na, di­­li­­nə və tor­­pa­­ğı­­na bağ­­lı, için­­də hü­­dud­­suz sev­­gi­­lər çul­­ğa­­şan Mir­­zə Cə­­li­­lin ic­­ti­­mai-si­­ya­­si döv­­lət­­çi­­lik gö­­rüş­­lə­­ri mil­­li döv­­lət qu­­ru­­lu­­şu­­nun da mü­­tə­­rəq­­qi, si­­vil yo­­lu­­nu mü­­əy­­yən­­ləş­­di­­rir­­di.
 “Mol­­la Nəs­­rəd­­din” yarandığı gün­­dən Azər­­bay­­ca­­nın mü­­tə­­rəq­­qi döv­­lət­­çi­­lik prin­­sip­­lə­­ri­­nin, Azər­­bay­­ca­­nın zən­­gin mil­­li-əx­­la­­qi də­­yər­­lə­­ri­­nin nə­­in­­ki təb­­li­­ğat­­çı­­sı, həm də mü­­da­­fi­ə­­çi­­si ki­­mi bö­­yük zi­­ya­­lı or­­du­­su­­nu öz ət­­ra­­fın­­da bir­­ləş­­di­­rir­­di.
 Tə­­va­­zö­­kar Mir­­zə Cə­­lil özü bu haq­­da de­­yir­­di: “Mol­­la Nəs­­rəd­­din mə­­nim əziz yol­­daş­­la­­rı­­mın əsər­­lə­­ri­­nin məc­­mu­ə­­si­­dir ki, mən də on­­la­­rın ağ­­saq­­qa­­lı­­yam”. “Mol­­la Nəs­­rəd­­din” jur­­na­­lı – onun dün­­ya­­ya gəl­­mə­­sin­­də bö­­yük mad­­di ro­­lu olan, sö­­zün əsl mə­­na­­sın­­da azər­­bay­­can­­lı, və­­tən­­daş, ma­a­­rif­­se­­vər, jur­­na­­lın bü­­tün xər­­ci­­ni öz üzə­­ri­­nə gö­­tü­­rən Mə­­şə­­di Ələs­­gər­­dən baş­­la­­ya­­raq Ö.F.Ne­­man­­za­­də, Ə.Haq­­ver­­di­­yev, Ə.Nəz­­mi, Ə.Qəm­­kü­­sar, M.S.Or­­du­­ba­­di, S.Müm­­taz, M.Sa­­bir, M.Sid­­qi, O.Şmer­­linq, Y.Pot­­ter, Ə.Əzim­­za­­də və baş­­qa qey­­rət­­li zi­­ya­­lı­­lar or­­du­­su­­nu öz ət­­ra­­fın­­da bir­­ləş­­dir­­miş­­di. Bu zi­­ya­­lı­­la­­rın fə­a­­liy­­yət­­lə­­ri Azər­­bay­­can xal­­qı, döv­­lət­­çi­­li­­yi və mə­­də­­niy­­yə­­ti ya­­şa­­dıq­­ca hər bi­­ri­­miz üçün ör­­nək, öyüd və gü­­vən ye­­ri ola­­raq ya­­şa­­ya­­caq. 
 “Mol­la Nəs­­rəd­­din” və onun ət­­ra­­fın­­da­­kı­­lar hər an ör­­nək, mək­­təb ola­­raq öy­­rə­­ni­­lə­­cək­­lər. Elə sa­­də ta­­cir Mə­­şə­­di Ələs­­gə­­rin bu xalq üçün ma­a­­ri­fin in­­ki­­şa­­fı sa­­hə­­sin­­də et­­dik­­lə­­ri­­ni, gö­rə­­sən, han­­sı im­­kan­­lı­­mız­­dan gö­r­­mü­­şü­k? 
M.Cə­­lil uca­­lı­­ğı­­na nə­­zər sal­­ma­­ğı ba­­ca­­ra­n M.Ələs­­gər ma­a­­ri­­fə, mət­­bu­a­­tın in­­ki­­şa­­fı­­na ya­­tı­­rım qo­­ya­­raq əvə­­zin­­də özü­­nün yox, xal­­qı­­nın bu ya­­tı­­rım­­dan mən­­fə­­ət gö­­tür­­ə­cə­yi­ni ümid edir­­di. 
 Onu hə­­də­­lə­­yən qo­­çu­­lar və im­­kan­­lı­­lar­­dan nə­­in­­ki çə­­kin­­mir­­di, hət­­ta ilk ay­­lar­­da “Mol­­la Nəs­­rəd­­din”in bü­­töv nəş­­ri­­nin xər­­ci­­ni öz üzə­­ri­­nə gö­­tür­­mə­­yi mə­­nə­­vi borc bi­­lir­­di.
 Mol­­lanəs­­rəd­­din­­çi­­lə­­ri­n qey­­ri-azər­­bay­­can­­lı mil­­lə­­tin­­dən olan O.Şmer­­linq, Y.Pot­­ter və baş­­qa­­la­­rı­­nın Azər­­bay­­can ma­a­­ri­­fi və mə­­də­­niy­­yə­­ti­­nin in­­ki­­şa­­fın­­da olan xid­­mət­­lə­­ri­­ni han­­sı də­­yər va­­hi­­di ilə ölç­­mək ola­r? Azər­­bay­­can­­lı qə­­lə­­miy­­lə, azər­­bay­­can­­lı ru­­huy­­la al­­man, bə­­zən rus fır­­ça­­sıy­­la, ümum­­bə­­şə­­ri ba­­xış­­lar­­la azər­­bay­­can­­ca dü­­şün­­mə­­yə, sa­­də və mol­­la di­­lin­­də dərd­­keş­­lik et­­mə­­yə baş­­la­­yan “Mol­­la Nəs­­rəd­­din” öz və­­tən­­daş­­la­­rı­­na doğ­­ma dil­­də bu mü­­ra­­ci­­ət­­lə ya­zır­dı: “Si­­zi de­­yib gəl­­mi­­şəm, ey mə­­nim mü­­səl­­man qar­­daş­­la­­rım. O kəs­­lə­­ri de­­yib gəl­­mi­­şəm ki, mə­­nim söh­­bə­­ti­­mi xoş­­la­­ma­­yıb bə­­zi bə­­ha­­nə­­lər­­lə mən­­dən qa­­çıb ge­­dir­­lər, mə­sə­lən: fa­­la bax­­dır­­ma­­ğa, it bo­­ğuş­­dur­­ma­­ğa, dər­­viş na­­ğı­­lı­­na qu­­laq as­­ma­­ğa, qey­­ri va­­cib əməl­­lə­­rə…” 
 
 
 
 
 
 “… Mə­­ni gə­­rək ba­­ğış­­la­­ya­­sı­­nız, ey mə­­nim türk qar­­daş­­la­­rım, mən si­zin­­lə tür­­kün açıq ana di­­li ilə da­­nı­­şı­­ram. Mən onu bi­­li­­rəm ki, türk di­­lin­­də da­­nış­­maq eyib­­dir və şəx­­sin el­­mi­­nin az­­lı­­ğı­­na də­­la­­lət edir, am­­ma hər­­dən­­bir keç­­miş gün­­lə­­ri yad et­­mək la­­zım­­dır. O gün­­lə­­ri ki, ana­­nız si­zi be­­şik­­də yır­­ğa­­la­­ya-yır­­ğa­­la­­ya si­­zə türk di­­lin­­də lay­la de­­yir­­di”. 
“Ey mü­­səl­­man qar­­daş­­la­­rım” ifa­­də­­si ilə çox məh­­rəm və is­­ti bir mü­­ra­­ci­ə­­tin ar­­xa­­sın­­da bö­­yük azər­­bay­­can­­çı­­lı­ğa, di­­li­­nə, adət-ənə­­nə­­si­­nə, mil­­li mə­i­­şət və əx­­la­­qı­­na əsl zi­­ya­­lı mü­­na­­si­­bə­­ti­­ni ilk sa­­ti­­rik mət­­bu­a­­ta çı­­xa­­ran Mir­­zə Cə­­lil əqi­­də­­si­­nə öm­­rü­­nün so­­nu­­na­­dək sa­­diq qal­­dı. Azər­­bay­­can xal­­qı­­nın əsl mil­­li sər­­və­­ti ki­­mi bu gün yük­­sək qiy­­mət­­lən­­di­­ri­­lən “Mol­­la Nəs­­rəd­­din”in qar­­şı­­sı­­na qoy­­du­­ğu və­zi­fə­lər Azər­­bay­­can xal­­qı­­nın möv­­cud hə­­yat tər­­zi­nə, dərd­­lə­­ri­nə, qay­­ğı­­la­­rı­na, mil­­li an­­la­yış­­la­­rı­na – el­­mə, ma­a­­ri­­fə, tib­­bə, tə­­sər­­rü­­fa­­ta, ai­lə mü­­na­­si­­bət­­lə­­ri­­nə, etik və es­­te­­tik nor­­ma­­la­­ra azər­­bay­­can­­lı zi­­ya­­lı möv­­qe­­yin­­dən qiy­­mət ver­­mək idi. M.Cə­­li­­lin də­­rin və­­tən­­daş­­lıq, zi­­ya­­lı id­­ra­­kı Sa­­bi­­rin mil­­li qey­­rət dü­­ha­­sı ilə bir­­lə­­şə­­rək, Ə.Əzim­­za­­də və ya O.Şmer­­linq fır­­ça­­sın­­dan qüv­vət ala­raq mil­­li unut­­qan­­lı­­ğa, bi­­ga­­nə­­li­­yə, la­­qeyd­­li­­yə üs­­yan ki­­mi hay­­qı­­rır­­dı. “Qa­­ra­­bağ və Zən­­gə­­zur ac­­la­­rı”, “Sə­­xa­­vət­­li ağa­­lar” və ya­­xud “Vu­­ru­­nuz pey­­sə­­rin­­dən, qo­­vu­­nuz bu iti hə­­yət­­dən, ax­­maq ya­­lan­­dan de­­yir acam”, “Mil­­lə­­ti-bi­­ça­­rə­­nin dər­­di­­ni çək­­mək­­dən əri­­yib çö­­pə dön­­düm, ay Al­­lah” rep­­li­­ka­­la­­rı ilə də­­rin mə­­na yü­­kü­­nə ma­­lik idi. XX əs­­rin əv­­və­­lin­­də to­­xun­­u­lan prob­­lem­­lər Azər­­bay­­can xal­­qı­­nın nə­­ti­­cə çı­­xar­­ma­­ma­­sı sə­­bə­­bin­­dən hə­­mi­­şə mü­a­­sir və ak­­tu­­al­­dır. Bu­­dur, tor­­pa­­ğı alı­­nan, evin­­dən, yur­­dun­­dan di­­dər­­gin ca­­van qa­­dın iki kör­­pə­­si ilə ye­­yib-içən, süf­­rə kə­­na­­rın­­da baş­­qa mil­­lə­­tin qa­­dı­­nı ilə əy­­lə­­şən ha­­rın ki­­şi­­lə­­rə əl açıb di­­lə­­nir. Ki­­şi bir əli ilə süf­­rə ar­­xa­­sın­­da əy­­lə­­şən qa­­dı­­na yüz­­lük ve­­rir­­sə, di­­gər əli ilə öz mil­­lə­­ti­­nin di­­lə­­nən za­­val­­lı­­sı­­na bi­ə­­dəb işa­­rə gös­­tə­­rir. Əvə­­zin­­də… Be­­lə­­cə, mil­­li dərd­­lə­­rə bi­­ga­­nə­­lik, ha­­rın­­lıq “əla­və olu­nan­da”, udu­­zan xalq və Və­­tən olur. Bə­­li, itən tor­­pa­­ğın, iti­­ri­­lən mən­­ə­viy­­ya­­tın sə­­bə­­bi la­­qeyd­­lik­­dir, “mə­­nə nə” prin­­si­­pi­dir. Tor­­pa­­ğa, xal­­qa qan­­dan, qəlb­­dən de­­yil, yal­­nız söz­­də bağ­­lı­­lı­­ğın ar­­xa­­sın­­da isə itir­­di­­yi­­miz tor­­paq­­lar və mə­­nə­­viy­­yat da­­ya­­nır. Bu ağ­rı Ba­­kı­­ya üz tu­tan­la­rın, qaç­qın-köç­kün­lə­rin ar­­xa­­da ya­­ğı­­ya qa­­lan yur­­du­­dur­­sa, Ba­­kı­­da təs­­kin­­li­­yi aç­­dıq­­la­­rı şad­­lıq ev­­lə­­ri­­nə, res­­to­­ran­­la­­ra gəl­­dik­­lə­­ri böl­­gə­­nin, da­­ğın adı­­nı ver­­mə­­si­­dir. La­­qeyd­­li­­yin cə­­za­­sı it­­ki, nə­­ti­­cə çı­­xar­­ma­­ma­­ğın axı­rı di­­dər­­gin­­lik­­dir. Bu gün dün­­ya­­da ba­­şı­­mı­­za gə­­lən­­lə­­rə ox­­şar nə Fə­­ləs­­tin, nə də qon­­şu çe­­çen təc­­rü­­bə­­si­­nə heç boy­­lan­­maq is­­tə­­mə­­yən it­­ki sa­­hib­­lə­­ri­­nə nə de­­yə­­sə­n? Ya da “mil­­lət”, “xalq” de­­yib ha­­ra­y sa­­lan, kim­li­yi ha­­rın­­lı­­ğın­­dan, ge­­yi­­min­­dən bəl­­li olan mil­­lə­­tin im­­kan­­lı­­sı­­na ne­­cə ya­­zı­­ğın gəl­­mə­­si­n? Bu şəxs söz­­də “mil­­lət”, “xalq” de­­yib, əvə­­zin­­də bu gün bir şə­­hid ba­­la­­sı­­nın kön­­lü­­nü al­­ma­­yan, bir qaç­­qı­­na-köç­­kü­­nə əl tut­­ma­­yan və ya tor­­paq, yurd mü­­ca­­hid­­li­­yi­­ni eşit­­mək­­dən məh­­rum, mis­­kin var­­lı­­dır. Ya da elə, ol­­sa-ol­­sa, bu o şəxs­­dir ki, im­­ka­­nın­­dan ayır­­dı­­ğı cü­­zi kö­­mə­­yi göz­­lə­­rə so­­xa­­raq te­­le­­vi­­zi­­ya qa­­pı­­la­­rı­­na min­­nət­­çi dü­­şən, işıq­­lan­­dır­­ma­­ğa yal­­va­­ran mü­a­­sir im­­kan­­lı­­nın əc­­da­­dı­­dır. 
 Be­­lə­­cə, “Mol­­la Nəs­­rəd­­din” xa­­rak­­ter­­lə­­ri də­­rin­­dən araş­­dı­­ra­­raq in­san­la­ra tər­­bi­­yə ver­mə­yə ça­­lı­­şır. Qo­­yu­­lan hər bir möv­­zu həm də özü­­nün ak­­tu­­al­­lı­­ğı­­nı bu gün də ona gö­­rə sax­­la­­yır ki, biz hə­­lə də bi­­ga­­nə­­lik və la­­qeyd­­lik­­dən ya­­xa qur­­ta­­ra bil­­mi­­rik. Bu əsas məq­­sə­­di Mir­­zə Cə­­lil “Mol­­la Nəs­­rəd­­din”in bü­­tün nəş­r­lə­rin­­də ön pla­­na çə­­kib. Mil­­lə­­tin özü­­nü­dərki, azad­­lıq, və­­tən ama­­lı, həm­­rəy­­lik, ümu­ma­zər­­bay­­can mə­­na­­fe­­yi­­nə xid­­mət­­də yük­­sək əx­­la­­qi də­­yər­­lə­­rin qo­­run­­ma­­sı və s. key­­fiy­­yət­­lə­­rin təb­­li­­ğin­­də “Mol­­la Nəs­­rəd­­din” M.Sa­­bi­­rin po­e­­zi­­ya­­sı ilə da­­ha bö­­yük iş­­lər gö­­rür­­dü: 
 Dik­­mə, kə­­nar ol, gö­­zü­­mə mil­­lə­­ti!
 Ney­­lə­­yi­rəm mil­­lə­­ti, mil­­­li­y­­yə­­­ti­­?!
 Ol­­du ba­­şım dəng, də­­yiş bu söh­­bə­­ti,
 Az söy­­lə: mil­­lət be­­lə, üm­­mət be­­lə!
 
 Mən fə­­qət öz əm­­ri­­mi sah­­man­­la­­ram,
 Xey­­rim üçün alə­­mi vi­­ran­­la­­ram.
 Mən nə cə­­ma­­ət, nə və­­tən an­­la­­ram,
 Yan­­sa Və­­tən, bat­­sa cə­­ma­­ət be­­lə.
 
 Öz­­lə­­ri­­ni Sa­­bi­­rin şe­ir­­lə­­rin­­də və “Mol­­la Nəs­­rəd­­din” si­­ma­­sın­­da gö­­rən­­lər eyib­­lə­­ri­­ni dü­­zəlt­­mək əvə­­zi­­nə də­­fə­­lər­­lə jur­na­lın re­­dak­­si­­ya­­sı­­na hü­­cum­­lar edir­­di­­lər. “Mol­­la Nəs­­rəd­­din” də Sa­­bi­­rin mis­­ra­­la­­rı­­nı uca­­da tu­­ta­­raq əsas məq­­sə­­də doğ­­ru ge­­dir­­di;  “Yox­­sa bu ayi­nə­­də əy­­ri gö­­rür­­sən özü­­nü”, – de­­yə­­rək xal­­qı­­nı, mil­­lə­­ti­­ni ye­­ni­­ləş­­mə­­yə, nöq­­san­­la­­rı­­nı an­­la­­ma­­ğa, əsl və­­tən­­daş ol­­ma­­ğa səs­­lə­­yir­­di. 
 “Mol­­la Nəs­­rəd­­din” jur­­na­­lı bu gün azər­­bay­­can­­çı­­lı­­ğın təb­­li­­ğin­­də ör­­nək ola­­sı ta­­ri­­xi abi­­də­­miz he­­sab olu­­nur. Çün­­ki hə­­lə əs­­rin əv­­və­­lin­­də bü­­töv­­lük, ide­­ya bir­­li­­yi, mil­­li həm­­rəy­­lik prin­­sip­­lə­­ri­­nə xid­­mət edən mol­­lanəs­­rəd­­din­­çi­­lər – Or­­du­­ba­­di, Qəm­­kü­­sar, C.Məm­­məd­­qu­­lu­­za­­də və bu əqi­­də­­nin onlarla digər da­­şı­­yı­­cı­­la­­rı 1905-11-ci il mil­­li azad­­lıq hə­­rə­­kat­­la­­rı­­na qo­­şu­­la­­raq ümu­­ma­­zər­­bay­­can mə­­na­­fe­­yi­­nə xid­­mət edir­­di­­lər. On­­lar çar Ru­­si­­ya­­sı­­nın Qaf­­qaz Azər­­bay­­ca­­nı­na et­­di­­yi­­ni elə İra­­nın Cə­­nu­­bi Azər­­bay­­ca­­na et­­dik­­lə­­ri ilə ey­­ni­­ləş­­di­­rə­­rək bü­­tün Azər­­bay­­can zi­­ya­­lı­­la­­rı­­nı həm­­rəy­­lik gös­­tər­­mə­­yə ça­­ğı­­rır­­dı­­lar. 1905-ci il Əs­­gə­­ran ha­­di­­sə­­lə­­ri, er­­mə­­ni-mü­­səl­­man mü­­na­­si­­bət­­lə­­ri­ mol­­la­­nəs­­rəd­­din­­çi­­lə­­ri dü­şün­dü­rür­dü. Bü­­tün bu ic­­ti­­mai pro­­ses­­lər­­dən ya­zan mol­­la­­nəs­­rəd­­din­­çi­­lər ta­­rix­­də ör­­nək ola­­sı nə­­si­­hət­­lər və ide­­ya­­lar sis­­te­­mi­­nin mü­­əl­­lif­­lə­­ri ki­­mi ya­­şa­­ya­­caq­­lar. Bu jurnal bizləri öz içi­­miz­­də­­cə bi­­zə hər mə­­sə­­lə­­də mey­­dan oxu­­yan er­­mə­­ni­­yə ba­­xıb tə­­pər­li ol­ma­ğa ça­­ğı­­rır­­dı. “Er­­mə­­ni qi­­ra­­ət­­xa­­na­­sı”, baş­­qa bir adı “Mü­­səl­­man qi­­ra­­ət­­xa­­na­­sı” olan əsə­ri oxu­yar­kən psi­­xo­­lo­­ji sar­­sın­­tı ke­­çir­­mə­­yə bil­­mir­­sən. Mü­­səl­­man qi­­ra­­ət­­xa­­na­­sı bom­­boş­­dur. Oxu­­nu­­la­­sı nə var­­sa, üzə­­rin­­də si­­çan­­lar gə­­zi­­şir. Er­­mə­­ni qi­­ra­­ət­­xa­­na­­sın­­da isə boş yer be­­lə yox­­dur. Fər­­qi yox­­dur, oxu­­ma­­ğa yı­­ğı­­şıb­­lar, ya baş­­qa mə­­sə­­lə üçün. Ən azı, bir yer­­də­­dir­­lər. On­la­rın fi­­kir, ide­­ya bir­­li­­yin­­də həm­­rəy­­lik gö­­rü­­rük. Di­­gər tə­­rəf­­dən, ma­a­­ri­­fi yük­­sək, ide­­ya, əqi­­də­­cə bir­­li­­yə ma­­lik mil­­lət isə çox şey­­lə­­rə qa­­dir­­dir. Bir vaxt­­lar Ba­­kı­­da gör­­dü­­yü­­müz er­­mə­­ni kil­­sə­­si­­nə iba­­dət adı ilə yı­­ğı­­şa­­raq Ba­­kı­­nın özün­­də­­cə Azər­­bay­­can xal­­qı­­nın qət­­li­a­­mı­­na plan­­lar ha­­zır­­la­­yan er­­mə­­ni xal­­qı­­nın təc­­rü­­bə­­sin­­dən ib­rət dər­si gö­­tür­­mək, eh­­ti­­yat təd­­bir­­lə­­ri­­ni unut­­ma­­maq ba­­xı­­mın­­dan bu əsər hə­­mi­­şə bi­­zim üçün ak­­tu­­al ola­­raq qa­­la­­caq. 
 Di­­gər bir əsər­­də Ba­­kı şə­­hə­­rin­­də er­­mə­­ni uşaq­­la­­rı par­­ta­­lar­­da əy­­lə­­şə­­rək dərs keç­­dik­­lə­­ri hal­­da, mü­­səl­­man uşaq­­la­­rı­­na “be­­lə ya­­ra­­maz” de­­yə­­rək, pa­­laz­da otu­rdub, di­­zi­­nin üs­­tün­­də ya­­zı ya­­zdıranlara “afə­­rin”, “bax be­­lə” de­­yən “Mol­­la Nəs­­rəd­­din” xal­­qa acı-acı ağ­­la­­yır. M.Cə­­lil bi­zə ta­­ri­­xin bü­­tün sə­­hi­­fə­­lə­­rin­­də er­­mə­­ni-mü­­səl­­man mü­­na­­si­­bət­­lə­­rin­­də ayıq ol­­ma­­ğı, əl­­dən ço­­ma­­ğı ye­­rə qoy­­ma­­ma­­ğı töv­­si­­yə edir­­di. İrə­­van şə­­hə­­rin­­də ya­­şa­­yan mü­­səl­­man­­la­­rın er­­mə­­ni­­lər­­lə mü­­na­­si­­bə­­ti onu hə­­mi­­şə dü­­şün­­dü­­rür­­dü. Dərc olu­­nan nöm­­rə­­lə­­rin bi­­rin­­də mil­­li Azər­­bay­­can or­­na­­ment­­li tax­­tın və mü­­tək­­kə­­nin üs­­tün­­də əy­­lə­­şən, üz-gö­zün­dən ha­­rın­­lıq tö­­kü­­lən er­­mə­­ni hiy­­lə­­gər­­cə­­si­­nə ba­­xa­­raq de­­yir: “Mən­­dən ol­­sa, bu Ağa­­ye­­vi İrə­­va­­na qoy­­ma­­rıq, rə­­iy­­yə­­ti xa­­rab edir”. Öz mil­­li tax­­tı­­mız­­da – tor­­pa­­ğı­­mız­­da yer ve­­rib əy­­ləş­­dir­­di­­yi­­miz er­­mə­­ni açıq­fi­­kir­­li zi­­ya­­lı­­mı­­zın İrə­va­na get­­mə­­si­­nə eti­­raz edir. Be­­lə­­cə, ora­­da da­­ha çox yer­­ləş­­mə­­mə­­yi­­miz­­dən, üs­­tün­­lü­­yün er­mə­­ni tə­­rə­­fin­­də ol­­du­­ğun­­dan sa­­hib çı­­xa bil­­mə­­di­­yi­­miz bir tor­­pa­­ğın iti­­ri­­lə­­cə­­yi­­nə hə­­yə­­can tə­­bi­­li­­ni “Mol­­la Nəs­­rəd­­din” hə­­lə o vaxt ça­­lır­­dı. 
 
 
 
 
 “Mol­­la Nəs­­rəd­­din” bey­­nəl­­xalq mə­­sə­­lə­­lə­­rə çox ay­­dın və iti nə­­zər sa­­la­­raq dün­­ya mey­­da­­nın­­da Azər­­bay­­ca­­nın ta­­ri­­xi ro­­lu­­nu yük­­sək qiy­­mət­­lən­­di­­rir, bey­­nəl­­xalq mü­­na­­si­­bət­­lər­­də onun ye­­ri­­ni uzaq­­gö­­rən­­lik­­lə gö­­rür­­dü; “Ba­­kı ən azı nef­­ti ilə Qər­­bin göz dik­­di­­yi öl­­kə ola­­raq qa­­la­­caq”, – de­­yir­­di. “Mol­­la Nəs­­rəd­­din” pul-mal tö­­kə­­rək av­­ro­­pa­­laş­­ma, qərb­­ləş­­mə si­­ya­­sə­­ti və ya “İs­­la­­mın ha­­mi­­si” si­­ya­­sə­­ti ye­­ri­­dən Qər­­bin alu­­də­­si ol­­ma­­ma­­ğa ça­­ğı­­rır­­dı. “Şər­­qin qa­­ran­­lı­­ğı­­nı da­­ğı­­daq və ye­­rin­­də Av­­ro­­pa mə­­də­­niy­­yə­­ti qu­­raq” , – de­­yən­­lə­­rə bü­­tün dün­­ya­da özü­­nün əx­­la­­qi-mə­­nə­­vi də­­yər­­lə­­ri ilə uca­­da da­­ya­­nan Şərq mə­­də­­niy­­yə­­ti­­ni öy­rən­mə­yə, Azər­­bay­­can cə­­miy­­yə­­ti­­ni mə­­də­­ni tə­­ca­­vü­­zə mə­­ruz qal­­ma­­ma­­ğa ça­­ğı­­rır­­dı; özü­­nə­­məx­­sus müd­­rik­­lik­­lə həm­­və­­tən­­lə­­ri­­ni ayıl­­dır­­dı. “Sən (Qər­­bi nə­­zər­­də tu­­tur­­du) sa­­bah Mi­­si­­ri, Hin­­di, Ərə­­bis­­ta­­nı, Af­­ri­­ka­­nı qa­­rış­­dı­­ra­­r­san, özün üçün mən­­fə­­ət apa­­rar­­san, am­­ma mən sə­­nə cü­­rət­­lə de­­yi­­rəm: sən qəf­­lət yu­­xu­­sun­­da­­san. O sə­­bə­b­dən ki, Sə­­di de­­yib­­di: “Bir me­­şə­­ni sən xa­­li he­­sab et­­mə. Çün­­ki ora­­da şayəd pə­­ləng yat­­mış ola. Sən in­­di on­­la­­rı yu­­xu­­dan oya­­dır­­san”. 
 “Mol­­la Nəs­­rəd­­din” hə­­mi­­şə və­­tə­­ni­­nə, xal­­qı­­na əmin-aman­­lıq ar­­zu­­la­­ya­­raq “dün­­ya­­da sülh və asa­­yiş­­dən gö­­zəl heç nə yox­dur” de­­yir­­di. Bu jur­nal xal­­qın, və­­tə­­nin bey­­nəl­­xalq tə­­ca­­vüz­­dən qo­­run­­ma­­sı üçün güc­­lü döv­­lə­­tin, kə­­sər­­li, uzaq­gö­rən döv­­lət rəh­­bə­­ri­­nin, həm­­rəy, bü­­töv əqi­­də­­li si­­vil bir xal­­qın ar­­zu­­suy­­la fə­a­­liy­­yət gös­­tə­­rir­­di. Bu gün Azər­­bay­­can “Mol­­la Nəs­­rəd­­din”in, M.Cə­­li­­lin ide­­ya­­la­­rı­­nın uca­­lı­­ğın­­da du­­ran müs­­tə­­qil döv­­lət­­dir. Həm­­çi­­nin dün­­ya­­nın bir sı­ra bey­­nəl­­xalq təş­­ki­­lat­­la­­rı­­nın üz­­vü ki­­mi tri­­bu­­na­­lar­­da sö­­zü­­nü de­­yə bi­­lir; “Türk­­ləş­­mək, is­­lam­­laş­­maq, müa­sir­ləş­mək” ide­­ya­­sı­­nı qo­­ru­­ya­­raq dün­­ya­­nın el­­mi-tex­­ni­­ki, mə­­də­­ni tə­­rəq­­qi­­si­­nə qo­­şul­­ub. 
 M.Cə­­lil “Mol­­la Nəs­­rəd­­din” jur­­na­­lı­­nın 12 av­­qust 1907-ci il nəş­­rin­­də dərc olu­­nan “La­­yi­­he­­yi-sül­­hü ümu­­mi məc­­li­­sin­­də” sa­ti­rik mə­qa­lə­sin­də ya­zır: “Dün­­ya xalq­­la­­rı­­nın bir sı­­ra döv­­lət­­lə­­ri­­nin yı­­ğış­­dı­­ğı bey­­nəl­­xalq məc­­lis­­də hər döv­­lət əsas ide­­ya­­nı unu­­da­­raq özü­­nün ümu­m­­döv­­lət mə­­na­­fe­­yin­­dən çı­­xış edir. Öz mən­­fə­ə­­ti­­ni or­­ta­­ya qo­­yur:
 Ame­­ri­­ka və­­ki­­li: 
 – Ağa­­lar, mən tək­­lif edi­­rəm bu­­yu­­ra­­sı­­nız: da­­va vax­­tı ba­­lon­­lar­­la od yağ­­dır­­ma­­ğa ix­­ti­­ya­­rı­­mız ol­­sun, ya yox. 
 Bel­­çi­­ka və­­ki­­li: 
 – Mən xa­­hiş edi­­rəm, da­­va gə­­mi­­si sax­­la­­ma­­ğa hər döv­­lət üçün ümu­­mi hədd qo­­yul­­sun. Al­­ma­­ni­­ya, Ame­­ri­­ka, Anq­­li­­ya, Fran­­sa qüv­­ve­­yi-bəh­­riy­­ya­­tı­­nı ar­­tı­­rır. 
 Os­­man­­lı və­­ki­­li:
 – Pa­­ris­­də və Mi­­sir­­də türk­­cə və ərəb­­cə çı­­xan qə­­zet­­lər hey ya­­zır­ ki, bi­­zim da­­va­­ya ya­­rar­­lı gə­­mi­­miz yox­­dur.
 İran və­­ki­­li:
 – Ha­­mı­­nız bu­­ra­­da ikən siz­­dən xa­­hiş edi­­rik, bi­­zim məm­­lə­­kət­­də olan sə­­fir­­lə­­ri­­ni­­zə de­­yin ki, bi­­zim­­lə gö­­rü­­şən­­də əl­­cək­­lə­­ri­­ni çı­­xar­­ma­­sın­­lar…” 
 Bu ib­­rə­­ta­­miz sa­­ti­­rik mə­­qa­­lə­­sin­­də Azər­­bay­­can dip­­lo­­ma­­ti­­ya­­sı­­na hə­­mi­­şə ayıq-sa­­yıq ol­­maq töv­­si­yə­­si­­ni edən “Mol­­la Nəs­­rəd­­din” san­­ki xal­­qı­­mı­­zın düş­­dü­­yü bu­gün­­kü gü­­nü bö­­yük uzaq­­gö­­rən­­lik­­lə du­­yur­­du. Bu gün xalq itir­­di­yi tor­­paq­­la­­rın Minsk qru­­pu, Av­­ro­­pa Şu­­ra­­sı tə­­rə­­fin­­dən sülh­­lə qay­­ta­­rıl­­ma­­sı­­na ümid bəs­­lə­­sə də, gü­n-gün­­dən uza­­nan həll mə­­sə­­lə­­sin­­də hər döv­­lət özü­­nə sərf edən as­­pekt­­dən çı­­xış edir. Udu­­zan, iti­­rən isə Azər­­bay­­can­­dır. Be­­lə­­cə, adi mə­i­­şət möv­­zu­­su­­nun tər­­bi­­yə­­vi həl­­lin­­dən baş­­la­­ya­­raq bü­­tün hə­­ya­­tı­­mı­­zın, Azər­­bay­­can döv­­lə­­ti­­nin bey­­nəl­­xalq mü­­na­­si­­bət­­lə­­rinin həl­­li­­nə sa­­də, müd­­rik Mol­­la nə­­zə­­ri ilə “Mol­­la Nəs­­rəd­­din” min­­lər­­lə nə­­si­­hət ver­­di. “Mol­­la Nəs­­rəd­­din” XX əs­­rin əv­­və­­lin­­də söz de­­mə­­di, ta­­rix ya­­rat­­dı; Azər­­bay­­can xal­­qı üçün hə­­mi­­şə öy­­rə­­nil­­mə­­si va­­cib olan dü­­nə­­nin, bu gü­­nün, sa­­ba­­hın ta­­ri­­xi­­ni ya­­rat­­dı. Xal­­qı­­nın, mil­­lə­­ti­­nin və döv­­lə­­ti­­nin, di­­li­­nin və di­­ni­­nin – bü­­töv­­lük­­də Azər­­bay­­ca­­nın abi­­də­­si­­ni ucalt­­dı. 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir