Nikalayev Azərbaycanlıları Konqresinin sədri Yunus Alıyevin “ 416-cı Taqanrok diviziyasının” şərəfinə ucaltdığı memorial abidə kompleksi və Ukraynadakı diaspor fəaliyyətinə görə, Azərbaycanın bir çox Dövlət qurumları tərəfindən medallarla təltif edilmişdir. Belə təşkilatlardan biri də, “Respublika Müharibə , Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatıdır”. Diaspor.info saytının verdiyi məlumata əsasən 22-si dekabrda Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayət təşkilatı üzrə sədri Yunus Alıyev, Respublika Müharibə , Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının Sədr Müavini Polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri Əlmaniz Ələkbərli də, iştirak edib.
Cəlil müəllim Yunus Alıyevlə həmsöhbət olaraq, deyib ki, təşkilat olaraq, çalışırıq ki, xaricdə yaşayan Azərbaycanlılarla sıx əlaqələr quraq: Bildiyimiz kimi Rusiya, Ukrayna, Moldova vəs, ölkələrin bir çox böyük şəhərlərini alman faşistlərinin işğalından azad olunmasında Azərbaycan oğullarının böyük qəhrəmanlıqları olub. Çalışırıq ki, həmin qəhrəmanlarımızı tapıb üzə çıxaraq, həm yerli əhali, həm də, həmin ölkələrdə yaşayan soydaşlarımız sözügedən qəhrəman Azərbaycan oğullarını yaxından tanısınlar. Bundan əlavə həmin qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə nail olmaq və mütəmadi onların təbliği ilə məşğul olmağa çalışırıq. “
Yunus müəllim də, Cəlil müəllimlə söhbəti zamanı “Böyük Vətən Müharibəsində” qəhrəmanlıq göstərən Azərbaycan oğullarının təbliğatı ilə geniş məşğul olduqlarını xüsusi vurğulayıb: təkcə Nikalayevdə “416-cı Taqanrok diviziyasının şərəfinə, böyük memarial abidə kompleksinin ucaldılması buna bariz nümunədir.
Hələ Ümummilli liderimiz Heydər Əliyev 1970-ci ildə Taqanrok şəhərində “416-cı Taqanrok diviziyasının şərəfinə böyük abidə kompleksi ucaltmışdır. Bu diviziya nəinki taqanroku, Ukraynanın Nikalayev, Odessa və bir çox böyük şəhərlərini də, alman faşistlərinin işğalından azad etmişdir. Odur ki, mən də, qərara gəldim ki, bizdən sonra gələn nəsillər üçün, belə qürurverici hadisəni daşladırmaqla əbədi yaşadım.
Cəlil müəllim deyilənlərə heç bir şübhəsinin olmadığını vurğuladı:
Siz Nikalayev Azərbaycanlıları konqresinin sədri kimi bizim üçün çox dəyərli insansınız. Sizin Vətənpərvərliyiniz, xalqımız, dövlətimiz üçün ürəklə çalışmağınız çoxları üçün gözəl bir nümunədir.
Siz 1941-45-ci illərdə böyük şücaət göstərmiş “416-cı Taqanrok diviziyasının” şərəfinə memorial-abidə kompleksi ucaltmısınız. Biz bir təşkilat olaraq, bu addımı çox yüksək qiymətləndirdik və Sizi Böyük Vətən Müharibəsinin 75-illik yubiley medalı ilə təltif edirik. Və arzu edirik ki, Siz bundan sonra da, bu sahədə, Azərbaycanın təbliğatı yolunda yorulmadan çalışasınız. Xalqımıza, dövlətimizə bundan sonra da, layiqincə xidmət etməyi sizə arzulayıram.
Ali baş komandan İlham Əliyevin rəhbərliyi və Qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində 44 gün ərzində, itirilmiş torpaqlarımız geri qaytarıldı.
Azərbaycan oğulları necə ki, 1941-45 –ci illərdə Alman faşistlərinə qarşı qəhrəmanlıq göstərmişdilər, “Vətən” müharibəsində də, eyni qəhrəmanlığı göstərərək, erməni faşistlərinə qalib gəldilər və
onları da, qovaraq, torpaqlarımızdan çıxardılar.”
Görüş zamanı Yunus Alıyev Cəlil Xəlilova “Nikalayev vilayət ensiklopediyası” kitabını və “İmena” jurnalından bir nüsxə hədiyyə etdi. Hər iki nəşrdə Azərbaycan həqiqətləri və Azərbaycan haqqında yazılmış geniş məqalələr verilib.
Görüş zamanı Cəlil Xəlilov təşkilatın adından, Yunus Alıyevə “Böyük Vətən Müharibəsinin 75-illik” yubiley medalını və vəsiqəsini təqdim edib.
Diaspor.info
Bakı.