Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”

“3+3 formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, uzun danışıqlara baxmayaraq, 3+3 platformasının ilk görüşü dekabr ayında keçirildi, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş 3+2 formatında baş tutdu.

C.Bayramov deyib ki, belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik sahələrinin inkişafına müsbət təsir göstərməlidir.

“Gürcüstan bu görüşdə iştirak etməsə də, danışıqların nəticələrini ona təqdim etmək barədə qərar qəbul edilib”, – XİN başçısı vurğulayıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …