Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ərdoğan Azərbaycan-Türkiyə əməkdaşlığı ilə bağlı daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq qərar imzalayıb.

2012-ci ilin mayın 10-da Bakıda Milli Arxiv İdarəsinin o zamanki rəisi Ataxan Paşayev və Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal tərəfindən imzalanan Protokola əsasən, tərəflər qüvvədə olan milli qanunvericiliklərinə uyğun olaraq milli arxivlər arasında əməkdaşlığı inkişaf etdirəcəklər.

Qərara əsasən, tərəflər öz arxiv fondlarını zənginləşdirmək məqsədilə araşdırmalar apararaq, öz ölkələrinin milli qanunvericiliyinə uyğun olaraq arxiv sənədlərinin çoxaldılmış surətlərini və arxivlərində olan arxiv sənədləri üçün dərc olunan soraq kitablarını, inventar və sair araşdırma vasitələrini mübadilə edəcəklər.

Həmçinin Azərbaycan və Türkiyə hökumətləri öz arxivlərində tətbiq olunan elektron və müasir texnologiyalarla bərpa işləri barədə təcrübədən qarşılıqlı şəkildə istifadə etmək məqsədilə arxiv işi sahəsində mütəxəssi mübadiləsi həyata keçirəcəklər.

Tərəflər bu məqsədlə iaşə və hotel xərclərini qəbul edən tərəfindən, yol xərclərinin isə göndərən ölkə tərəfindən ödənilməsi şərtilə, hər il qarşılıqlı olaraq müəyyən ediləcək sayda arxiv işçisini 15 gündən çox olmayan müddətə qəbul edəcəklər.

Hər iki tərəf arxiv işi sahəsində dərc olunan yayımları mübadilə edəcək, bu sahədə elmi toplantılar və sərgilər təşkil edəcək və bu sərgilərdə arxiv materiallarının çoxaldılmış surətlərin ilə iştirak edəcəklər.

Tərəflər öz arxiv mütəxəssislərinin üçüncü ölkə arxivlərində araşdırması aparmasını və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsini təşviq edəcəklər.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …