Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

BMT Rusiyanın ABŞ və NATO ilə məsləhətləşmələrindən gözləntilərini açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) ümid edir ki, Rusiyanın ABŞ, NATO və ATƏT ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrinin nəticəsi gərginliyin azaldılmasına gətirib çıxaracaq.

Boyukmillet.com BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.

Beynəlxalq təşkilatın nümayəndəsi bildirib ki, BMT Ukrayna ətrafında hər hansı hərbi əməliyyatın keçirilməsinin tərəfdarı deyil.

O, həmçinin bildirib ki, BMT Ukrayna ətrafında yaranmış vəziyyətdən ciddi narahatdır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …