Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Şuşada məscid tikintisi ilə bağlı 6 ədəd beşmərtəbəli bina söküləcək

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin görülməsi, eləcə də şəhərdəki mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Boyukmillet.com xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Uni Construction” və “Terrastruc” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,074 milyon manat və 0,299 milyon manat, ümumilikdə isə 2,373 milyon manat ödəniləcək.

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …